Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada amerikalı investor həbs edildi

Mixael Calvey fırıldaqçılıqda ittiham olunur

Hazırda Rusiyada həbsdə olan amerikalı investisiya fondu menecerinə rəsmən maliyyə fırıldağı ittihamı irəli sürülüb. Bunu maliyyəçinin vəkili deyir.

1994-cü ildə Baring Vostok investisiya şirkətini yaratmış Mixael Calvey Rusiyadan çox tanınmış xarici investorlardandır. Vəkili Dmitri Kletoçkin Calveyə rəsmi ittihamın fevralın 21-də irəli sürüldüyünü, amma onun müştərisinin özünü təqsirsiz bildiyini deyib.

Calveyin fevralın 14-də saxlanması Qərbin biznes dairələrini silkələyib.

O, Moskvada Baring Vostokun daha üç əməkdaşı, keçmiş Vostoçnıy Bank direktoru Aleksei Kordiçev və PKB kollektor agentliyinin rəhbəri Maksim Vladimirov ilə birlikdə saxlanıb. Onların altısı da hazırda həbsdədir.

Rusiya Peşəkar İnvestorlar Assosiasiyası fevralın 21-də bəyanat yayaraq hakimiyyəti Calvey və iş üzrə digər şübhəlilər barədə həbs qətimkan tədbirindən başqa tədbir seçməyə çağırıb. Rusiya mediasının fevralın 21-də yazmasına görə, biznes ombudsmanı Titov Baş prokuror Yuri Çaykaya yazaraq onu Calveyin həbsinin hüquqiliyini dəyərləndirməyə çağırıb.

Rusiya Prezidenti Vladimir Putin fevralın 20-də illik müraciətində deyib ki, “vicdanlı biznes” təqib qorxusuyla yaşamamalıdır. Amma onun Calveyni nəzərdə tutub-tutmadığı aydın deyil.

Baring Vostok Rusiyada və keçmiş Sovet ittifaqında ən böyük özəl investisiya şirkətlərindəndir. Onun vebsaytında 3,7 milyard dollardan artıq aktivi olduğu vurğulanır. Şirkət özəlliklə texnologiya sektorunda fəaldır, “Yandex” axtarış mühərriki şirkətində payı var.

Baring Vostoku yaratmamışdan öncə Calvey Avropa Yenidənqurma və İnkişaf Bankında və Salomon Brothers şirkətində çalışıb. O, Vaşinqtondakı Atlantik Şurası beyin mərkəzinin idarə heyətinin üzvüdür. Calvey Rusiyada həbs olunmuş ikinci tanınmış ABŞ vətəndaşıdır.

Keçmiş dəniz piyadası Paul Vhelan dekabrın sonunda casusluq ittihamıyla saxlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Amma o, təqsirsiz olduğunu, Moskvaya dostunun toyuna getdiyini deyir. (Azadlıq radiosu)

pia.az


Etiket: Mixael Calvey

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar