Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kitayski” süni yumurtalar yenə peyda oldu - Video

Çində istehsal olunan süni yumurta artıq Orta Asiya ölkələrinə də ayaq açıb

Qazaxıstanın Ust-Kamenoqorsk sakini bazardan aldığı yumurtanın görüntüsünü ötən gün sosial şəbəkədə paylaşıb. Görüntülərdən bəlli olur ki, süni yumurta stolüstü tennis şarından fərqlənmir, diyirlənir, çatlayıb-qırılmır, içərisindəki gel dağılmır. Bişirildikdə isə yumurta ağ kütləyə çevrilir. Ölkənin Quşçuluq Cəmiyyətləri Federasiyasında ehtimal edirlər ki, ucuz olduğu üçün xüsusilə yoxsul təbəqənin aldığı süni yumurta Çindən Şərqi Qazaxıstan bölgəsinə idxal olunub.

Qırğızıstan və Özbəkistan bazarlarında da plastik materialdan hazırlanan və üzərində möhür olmayan yumurtaların satıldığı bildirilir. Xeyli müddətdir ki, Azərbaycan bazarında da üzərində istehsal şirkətinin adı qeyd edilməyən yumurtalar satışdadır, üstəlik dəfələrlə sosial şəbəkələrdə video görüntülər paylaşaraq belə yumurtaların süni hazırlandığı iddia edilib.

Virtualaz.org-un əməkdaşları paytaxtın topdansatış mərkəzlərində müşahidə apararaq yumurtaların mənşəyini öyrənməyə çalışıblar.

Satıcı: “Facebook” dağılsın”

Metronun “28 May” stansiyasının yaxınlığındakı topdansatış mərkəzlərində yumurtanın qiyməti 14-20 qəpik arasında dəyişir. Satıcılar deyirlər ki, yalnız quşçuluq fabrikləri ilə işləyirlər, çünki bir neçə dəfə yoxlama aparılıb, buna görə də, ehtiyat edirlər. Amma satışda üzərində möhür olmayan yumurtalar da var. Etibar adlı satıcı deyir ki, indi yumurta satmaq da müşkülə çevrilib. “Facebook” dağılsın, o qədər məlumat paylaşırlar ki, adamlar çaş-baş qalıb. Əvvəl heç kim dərindən maraqlanmırdı, indi az qalırlar mağazada bişirib dadına baxsınlar. Biri qulağına tutub silkələyir, səsə qulaq asır, digəri fırfıra kimi fırladır. Başqa birisi qabığın qalınlığına diqqət yetirir”, - satıcı gileylənir. Əlavə edir ki, özü də videolardakı kimi yumurtanı sınaqdan keçirib.

Alıcılardan biri isə satışdakı yumurtaların keyfiyyətindən şikayətlənir: “Onsuz da indiki yumurtalar saxtadan fərqlənmir, nə dadı var, nə də keyfiyyəti”.

Möhür ona görə vurulmur ki...

Satışdakı yumurtaların üzərinə möhürün vurulmama səbəbləri ilə maraqlanırıq. Satıcılar deyirlər ki, Bakı kəndlərindən gətirilən yumurtaların etiketi yoxdur, amma bu, məhsulun saxta olması demək deyil.

Satıcılardan biri deyir ki, möhür elə də əhəmiyyət kəsb etmir və fikrini əsaslandırmaq üçün alıcılara “Yumurta alanda nə vaxtsa istifadə müddətinə diqqət yetirmisiniz?” sualını ünvanlayır. Əksəriyyətin “yox” cavabından sonra izahata başlayır. “Yumurtanın üzərinə möhür vurulur, bilirsən ki, hansı fabrikdən, təsərrüfatdan gəlib. Amma möhürlə yanaşı, istifadə vaxtı göstərilmir, halbuki göstərilməlidir. Alıcı yumurtanın təzə olub-olmadığını necə bilməlidir? Məsələn, siz bilirsinizmi, yumurta otaq temperaturunda neçə gün saxlanıla bilər? Bəzən mağazalarda aylarla otaq temperaturunda saxlanılan yumurtanı təzə yumurta kimi satırlar. Siz saxta yumurtadan daha çox bu məsələyə diqqət yetirin”, - satıcı məsləhət də verir.

Digər satıcılardan üzərinə möhür vurulmuş, amma qarışıq yazılardan oxunmayan yumurtanın mənşəyini soruşuruq. Biri Bakının Məhəmmədi kəndindən, digəri Hacıqabuldan gətirildiyini söyləyir. “Burada saxta yumurta satılmır. Ola bilsin ki, bazarlarda açıq satışda olsun, hər adam risk edib saxta yumurta satmaz”, - satıcılardan biri əlavə edir.

Yaxınlıqdakı bazarda isə kənd yumurtası 25-30 qəpikdən təklif edilir. Satıcılar yediyimiz qidadan arxayın olmaq üçün 5-10 qəpik baha da olsa, məhz bu yumurtanı məsləhət görürlər.

pia.az


Etiket: süni yumurts

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar