Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk siyasətində ciddi niyyət, yoxsa 1 aprel zarafatı?

Abdulkadir Selvi

“Hürriyet”, 21.02.2019

Diqqəti bələdiyyə seçkilərinə cəmlədik, amma siyasətdə çox vacib inkişaflar yaşanır.

“Hürrriyet”in İcra Heyəti başçısı Mehmet Soysalın 18 fevral tarixli “Rabarba siyasəti” başlıqla yazısında “Ankaranın arxa küçələrində yeni siyasi dəftərlər açılırmış”, – deyə diqqət çəkdiyi yeni partiya qurma işləri konkret addımlara çevrilir.

Bundan əvvəl AK Parti-dən prezident və nazir kimi mühüm vəzifələri tutmuş şəxslərin yeni partiya qurma işlərinin aparıldığı deyilir. Yeni partiyanın adı aprelin 1-də açıqlanacaq.

Söhbət sabiq baş nazir müavini Əli Babacanın rəhbərlik edəcəyi siyasi qurumdan gedir. Daha doğrusu, sonrakı dəyişikliklə, Əli Babacanın qurulacaq yeni partiyanın rəhbərliyindən getməyə razı olduğu ifadə edilir.

Partiyanın qurulması səyləri arxasında 11-ci prezident Abdullah Gülün durduğu deyilir. Abdullah Gül, Babacanı seçib, çünki o, gənc, yıpranmamış və yeni fiqurdur.

Əslində, partiya qurucsu Abdullah Güldür. Yəni pərdə arxasındakı lider odur. Ancaq özünün partiya qurub yola çıxmaq yerinə, Əli Babacanın ümumi başçılığı boynuna götürəcəyi bir partiya yaradığı söylənir.

Əlbəttə, adı “Abdullah Gül Partiyası” olmayacaq. Amma yeni partiyanın AK Parti-nin sabiq nazirlərin ibarət olduğu ifadə edilir.

Heyət yeni partiyanın proqramını yazmağa başladyıb. Parlament sistemini müdafiə edən bir partiya yaratma nəzərdə tutulur. Aprelin 1-dən etibarən yaradılışında iştirakı istənən şəxslərə təkliflər veriləcək.

Yeni partiyanın şansı bələdiyyə seçkilərində AK Parti-nin toplayacağı səslərlə təyin olunacaq. “Abdullah Gül Partiyası”nın 2023-cü ilin prezident seçkilərinə hazırlaşdığı da deyilir.

Davutoğlu nə edir?

Yeni partiya qurma işlərini icra edənlərin sabiq baş nazir Əhməd Davutoğlu ilə də görüşərək, “Biz yeni bir partiya qururuq. Birlikdə işləyək”, – təklifi edəckləri söylənir.

Abdullah Gül buna rəğbətlə yanaşmasa da, Əli Babacan Davudoğlu haqqında israr edir.

Davudoğlunun da Gül və Babacan ilə tez-tez görüşdüyü bildirilir.

Bu arada, Əhməd Davudoğlu nə edir?

Məlumdur ki, o, konfranslarda iştirak edir və yeni kitablar yazır. Onu ziyarət edənlər məsələdən agah edirlər.

Prosesləri yaxından təqib edən, Türkiyə təsəvvürü olan Davudoğlunun passiv bir rəftar içində olması gözlənilmir. Amma Davudoğlunun hələ yeni bir partiya qurma nöqtəsində olmadığını dilə gətirilir.

Amma təcrübəli siyasi müxbir kimi, bunu deyə bilərəm ki, siqnallar gələcəkdə yeni bir partiyanı göstərir.

Abdullah Gülün yeni partiya yaratması AK Parti düşərgəsində necə qarşılanacaq?

Gülün Ərdoğanın qarşısına müxalif partiyanın prezidentliyə namizədi olaraq çıxma səyi necə qarşılandısa, o cür…

Yeni partiyadan nə gözlənilir?

Siyasi partiyaların rəhbərləri həmişə prezidentliyə namizəd göstərilib. DP – Cəlal Bayarı, ANAP –Turqut Özalı və DYP – Süleyman Dəmirəli prezident seçdirərək Çankaya Köşkündə oturdublar. Yalnız AK Parti rəhbəri Rəcəb Tayyib Ərdoğan “qardaşım Abdullah”, – deyə Gülü prezident edib.

“Cümhuriyyət mitinqləri”nə və 27 aprel e-memorandumuna baxmayaraq.

Ancaq sıra Ərdoğana gəldikdə, Gül “qardaşım Ərdoğan”, – deyə bilməyib.

O, Ərdoğanı “təmizləmək” cəhdi olan Gezi iğtişaşları arədə rəğbətli cümlələr qurub, 17 dekabrdan sonra Fətullah Gülənə sülhnamə heyəti göndərib, 17-25 dekabrda Ərdoğanın biləklərinə qandal vurulmaq istəndikdə, “Mənim veriləcək hesabım yoxdur”, – deyərək hesabı olanları gözə soxub.

Prezident seçkilərində isə Ərdoğana qarşı cəbhənin ortaq namizədi olmaq üçün səy göstərib. Çətin dövrdə Ərdoğanın anında durmaq yerinə, onu ləğv etmək istəyənlərə ümid verib. Çankayaya gəldikdən sonra hətta partiyasının üzvü olmayıb.

Yeni bir partiya qurulmasına gəldikdə isə, AK Parti düşərgəsində ümid yerinə, xəyanətkar olaraq görülür.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar