Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan uçmaq Gürcüstandan 3 dəfə bahadır

İnformasiya texnologiyaları sahəsində tanınmış ekspert Osman Gündüz “Nə üçün vətəndaşlarımız xarici səfər üçün Gürcüstan üzərindən uçuşlara üstünlük verirlər?" sualına cavab verib

Ekspert Facebook səhifəsində yazıb:

“Son zamanlarda bir neçə dəfə Bakıdan Wizz Air aviaşirkəti ilə Budapeştə uçmuşam. Dünən qısa bir araşdırma aparmaqla nə qədər doğru olmayan bir seçim etməyimə təəssüflənirəm.

Səbəb:

1. Wizz Air vasitəsilə Bakı – Budapeşt istiqamətində mart ayında olacaq uçuşun gediş və dönüş qiyməti - 540 avro.

2. Wizz Air vasitəsilə Kutaisi – Budapeşt istiqamətində uçuşun gediş və dönüş qiyməti -150 avro.

Nə üçün qiymətlər 3 dəfədən çox fərq etməlidir?

Xatırlayıram ki bir neçə il öncə Prezident AZAL-ı dövlətdən yetərincə dəstək almasına, yanacağın bizdə istehsal olunmasına, bütün zəruri subsidiyaların bu quruma edilməsinə baxmayaraq bahalı qiymət siyasətinə görə sərt tənqid etmişdi.

Belə görünür ki, tənqiddən sonra bir müddət qiymətlər endirilsə də sonradan yenə də öz bildiklərini ediblər.

Ümumiyyətlə , müşahidələr göstərir ki, bizim Hava Limanınız nə qədər müasir görsənsə də, müxtəlif imkanlar və xidmətlər təqdim edilsə də və servislər keyfiyyətli olsa da AZAL hədsiz baha qiymət siyasəti yürüdür. Qiymətləri endirmək üçün zəruri olan addımları atmır, yeni aviaşirkətlr cəlb edilmir.

Güman ki Hava Limanının bahalı xidmətlərindən istifadə edən aviaşirkətlərə həm də birgə uçuş layihəsi təqdim olunur ki nəticədə qiymətlər bu dərəcədə fantastic həddə çatır.

Gürcüsatnda isə tam fərqlidir. Əlavə aviaşirkətlər cəlb etməklə, hava limanında təqdim edilən servislərin qiymətlərini endirməklə , rəqabətli mühit yaratmaqla daha çevik qiymət siyasəti yürüdürlər.

Gürcüstanın hava uçuşlarından əldə etdikləri vəsaitin 30%-nin bizim vətəndaşlarımız hesabına olduğu bildirilir.

Maraq üçün baxıram ki Gürcüstandan dünyanın ən uzaq ölkələrinə olan hava uçuşlarının qiymətləri Bakıdan təklif edildiyindən bir neçə dəfə azdır.

Düşünürəm ki hökumət, müvafiq qurumlar Prezidentin ötən dəfə verdiyi tapşırıqlarının icrasını nəzarətə götürməlidirlər. Bu tapşırıqların nə üçün icra edilmədiyini yoxlamalıdırlar və sərt tədbirlər görülməlidir. Bu, turizmin inkişafına da kömək etmiş olardı. Belə görünür ki, AZAL-ın bahalı təyyarələr alması, bahalı infrastruktur siyasəti, dövlətdən böyük vəsaitlər alması sonda qiymət endiriminə maraq yaratmır.

Fikrimcə son dövrlərdə aparılan optimallaşdırma və idarəetmənin təkmilləşdirilməsi istiqamətində AZAL-da da rəqabətli mühitin formalaşdırılması üçün tədbirlərin həyata keçirilməsi faydalı olardı.

Maraqlıdır, belə bir vəziyyətdə, hökumətimiz öz vətəndaşına haradan uçmağı tövsiyyə edərdi?”(Marja)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar