Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə: Bakıda 400 çoxmənzilli binanın istismarına icazə verilməlidir

Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman tikintisi bu il yanvarın 1-nə qədər başa çatmış, təxminən, 400 bina ilə bağlı müvafiq addımın atılmasını nəzərdə tutur

Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev məlumat verib.

"Həmin binalar artıq istismar edilir. Onların istismarına icazə verilməsinin sadələşdirilməsi üçün fərmanda çox dəqiq mərhələlər qeyd edilib. Bu işlə məşğul olacaq dövlət orqanları məlumdur. Fərmanda qeyd edildiyi kimi, 2 ay ərzində Fövqəladə Hallar Nazirliyi (FHA) həmin binaların dayanıqlılığı, texniki cəhətdən istismara tam hazır olması ilə bağlı rəy verəcək. 7 gün ərzində isə binanın istismarına icazə verilməlidir. Bildiyiniz kimi ötən ilin avqust ayından etibarən Komitəyə binaların istismarına icazə verilməsi ilə bağlı səlahiyyət verilib. Bundan sonra, təhlillər aparılıb, bu növ binaların sayı müəyyən edilərək aidiyyati dövlət qurumlarına məlumat verilib. Bir neçə dövlət qurumunun iştirakı ilə işçi qrupu yaradılıb. İlkin təhililərə görə belə binaların sayı 400 olduğu müəyyən edilib. Lakin yaxın aylar ərzində bu rəqəm bir qədər dəqiqləşə bilər. Fərmanda o da qeyd olunub ki, binaya baxış mənfi olarsa, yəni binada hər hansı bir texniki çatışmazlıq aşkar edilərsə, bina sahibinə, tikinti şirkətinə, mənzil tikinti kooperativinə bu barədə məlumat verilir. Bu çatışmazlıqların aradan qaldırılması üçün 5 ay müddət verilir. Müddət bitənə qədər çatışmazlıq aradan qaldırılsa, təkrar baxış aparılacaq və istismara icazə veriləcək”, - komitə rəsmisi qeyd edib.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar