Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdlibdəki “Qordi” düyünü - Bu düyünü bir qılıncla kəsib atmaq mümkünmü?

İdlibə Suriya yönətiminə müxalif olan və daha əvvəl terrorla əlaqəli 3 milyon insan köç edəcək

Muharrem Sarıkaya 20 yanvar 2019-cu il
haberturk.com

Astana və Soçi razılaşmaları ilə Suriyada Təhlükəsiz Zona elan edilmiş və bu çərçivədə də xeyli məsafə qət edilmişdiı.

Ancaq İdlibdəki bəzi müxalif qruplar atəşkəs müddətini heç bəyənmədi, çünki silahların susması onların da itkisi demək idi. Yəni əsgər toplamaqda çətinlik çəkirdilər.

Bunun əvəzində Türkiyənin müdaxiləsi ilə İdlibin Dəməşq qüvvələrinə dəstək verən Rusiyaİranın yerləşdirildiyi bölgələrdən içəriyə doğru gedən yol boyunca 15 oktyabra qədər ağır silahlarını geri çəkməyi qəbul edib.

Hətta böyük bir hissəsini də geriyə, arxa cəbhəyə daşıyıb. Bu məsələdə Türkiyə önəmli rol oynayır.

Rusiyaİranla əldə olunan razılaşma çərçivəsində əraziyə hakim olan “Həyat Təhrir Şam” və “Əl-Qaidə”nin də daxil olduğu müxaliflər mahiyyəti fərqli olmaqla 17 sentyabrda qəbul edilən razılaşmaya uyğun olaraq ağır silahlarını geri çəkməyə razı olublar.

Sentyabr ayında da Rusiyanın təftişi çərçivəsində bölgədəki hər şey plana uyğun hazırlanıb.

Əsədin problemi körükləyən açıqlaması

Normallaşma müddətinin tətbiq olunması nəzərdə tutulduğu zaman Suriyanın hakim BAAS partiyasının iclasında Əsəd açıqlama verib: “İdlib ilə bağlı qəbul edilən razılaşma müvəqqətidir. İdlib də digər bölgələr kimi Suriya dövlətinin bir parçası olacaq”.

Bir neçə ay sonra Putin də eyni açıqlamanı vermiş olsa da, Əsədin sözləri bölgədəki sükutu pozub və yenidən hərəkətlənmə başlayıb.

Türkiyənin Menbiç və Fıratın şərqini əhatə edən əməliyyat üçün bölgədən Azad Suriya Ordusunun (ASO) komandirlərindən olan Nurəddin Zəngi qrupu mənsublarının gücündən istifadə etməsini fürsət bilən “Həyat Təhrir Şam” və “Əl-Qaidə” Daret İzzə bölgəsini nəzarət altına almaq üçün hərəkətə keçib.

“Həyat Təhrir Şam” və “Əl-Qaidə” yeni ildə bölgəyə hakim olmaqla kifayətlənməyib, digər müxalif qrupları da ətrafına alıb və onlarda “Həyat Təhrir Şam” və “Əl-Qaidə”nin əməliyyatlarında iştirak ediblər.

“Əhrar-əş Şam”ın içindən bəzi güclər də “Həyat Təhrir Şam” və “Əl-Qaidə”yə qarşı vuruşmayacaqlarını elan edib və Afrin bölgəsinə çəkilib. Qab ovalığı isə Əl Qaidə mərkəzli qüvvələrin əlində qalıb.

Bölgədə 1500-ə yaxın silahlı qrupun digər tərəfə keçməsi və bölgəni “Həyat Təhrir Şam”a təslim etməsi bir mənada Türkiyə ilə İdlib-Afrin arasındakı əlaqələrin kəsilməsi mənasına da gəlirdi.

Rusiyadan hava əməliyyatı

İdlibin yarıdan çoxunun Rusiya, İran və Dəməşq rəhbərliyinin bölgədə lider kimi gördüyü güclərin əlinə keçməsi Moskvanı daha da hərəkətə geçirib. Çünki bu vəziyyət Soçi razılaşmasına görə, nəzarətdə saxlanılmasına qərar verilən Hələb ilə Həmanı bir-birinə bağlayan M5 avtomobil yolunun da böyük bir hissəsinin itirilməsi demək idi.

Qəribə olan budur ki, bu vəziyyət Çini də hərəkətə keçirib...

Çünki Çin rəhbərliyinə qarşı olan Türküstan İslam Partiyasının (TİP) bölgədəki təsir gücü yüksəlir, beləliklə də, Çeçen və Dağıstan əsilli militanların öz sıralrına almasını da asanlaşdırır.

Lakin ticarət və nəqliyyat üçün önəmli olan Hələb-Həma (M5) və Hələb-Əl-Laziqiyyə (M4) şosselərinin nəzarətində arzuolunan nəticə əldə olunmayıb. Həmçinin ərazidə Türkiyə və Rusiyanın ortaq patrul xidməti reallaşa bilməyib.

Hər nə qədər 15-20 kilometr dərinliyə ağır silahlar yerləşdirilmiş olsa da, radikal müxalif qrupların cənubda Şam qüvvələrinə qarşı “vur-qaç” taktikası ilə hücumları artıb.

Yaradılması nəzərdə tutulan Ortaq Koordinasiya Mərkəzi də heç cür fəaliyyətə başlaya bilməyib.

Moskva da bunun üzərinə cənubdan şimala doğru Xan Şeyxun, Cisr-əş Şuğur, Əl-Lətəminah, Məğrib Numa və hətta, şimali Həmanın ən yüksək nöqtələrinə qədər olan ərazidəki 15 bölgəni bombalayıb.

Cənubdakı bombardman

14 fevralda məqsədinə çata bilməyən Soçi zirvə görüşündə də İdlibdə Təhlükəsiz Zona ilə bağlı problemlər görüşün ən önəmli mövzu olub və yeni duruma uyğun olan bir əməliyyata başlamaq qərarı verilib.

Ardınca da son 2 gün ərzində Şam qüvvələri cənubdan hücuma keçib. Suriya təyyarələri Hələb Əl-Laziqiyyə şossesinə (M4) qədər olan bölgəni kəskin şəkildə bombardman etməyə başlayıb.

Görünür, bu hücumlar davamlı şəkildə alacaq.

Demək olar ki, “Həyat Təhrir Şam”a razılığa uymasa nələrlə üzləşə biləcəyi nümayiş etdirilib.

Məqsəd M4 və M5 şossesinin təhlükəsizliyini təmin etmək və radikal müxalif qruplardan azad olunmasına çalışmaqdır. Lakin bu da bölgədə sıxışıb qalmış terrorçuların, başda Əl-Qaidə əsilli militanların olmaqla İdlibdən kənara çıxıb başqa bölgələrə yayılması və ya terrorçuıların öz ölkələrinə qayıtması anlamına gəlir.

Bu variant, yəni terrorçuların evlərinə dşnməsi əslində Türkiyənin sülh əsaslı həll yollunu seçməsini gücləndirir. Ancaq Rusiya və Şamın qərarlı davranışı səbəbiylə vəziyyət daha da çıxılmaz hala gəlib.

Terrora bulaşanlar geri dönəcək

Ancaq bu istiqamətdəki əməliyyata quru qüvvələrinin də daxil olması toqquşmanı Cisr-əş Şuğur bölgəsi ilə kifayətlənməyib, İranın nəzarətindəki milislərin də işə qarışıb cənuba yayılması təhlükəsindən xəbər verir.

Ortaya çıxa biləcək ən böyük təhlükə isə daha əvvəl Suriyadan gedən qaçqınların geri dönməsidir. Çünki İdlibə Suriya yönətiminə müxalif olan və daha əvvəl terrorla əlaqəli 3 milyon insan köç edəcək.

Yəni İdlibə geri dönəcək olanlar ömründə toqquşma görməmiş insanlardan ibarət olmayacaq. Əksinə, ən azı bir dəfə də olsa insan ölümünə birbaşa şahidlik etmiş, özünə və ya bir yaxınına qarşı silahlı hücum edilmiş və yaxud da özü bu işi görmüş insanlar olacaq.

Bu da İdlibdən yayılacaq təhlükənin nə qədər böyük olduğunu izah etməyə kifayət edir.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar