Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bastainfo.com”un baş redaktoruna hökm oxundu – 5.6 il şərti cəza...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri Mustafa Hacılının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında M.Hacılının 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı cinayət işində yüngülləşdirici hal olduğunu deyərək ona şərti cəza tələb edib.

M.Hacılı son söz deyərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

O, məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, M.Hacılının barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi təyin olunaraq ona şərti cəza verilib.

Qeyd edək ki, M.Hacılı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədov barəsində də eyni maddələrlə ittiham irəli sürülüb. Onun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar