Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşanın sabiq prezidenti: "Rusiya SSRİ-ni bərpa etmək istəyir"

Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın NATO-ya və Avropa İttifaqına (Aİ) daxil olmasına gələcəkdə də mane olacaq

Bu barədə o, Münhen Təhlükəsizlik Konfransında Ukrayna lançı çərçivəsində liga.net-ə müsahibəsində danışıb.

Polşanın sabiq prezidentinin fikrincə, Putin iki hədəfi təqib edir. "Mən 2005-ci ilə qədər onunla dəfələrlə danışmışam. Onun həyatda iki strateji hədəfi var: Birincisi, Rusiya dünya arenasında böyük oyunçu olmalıdır. Artıq o buna nail olub. İkincisi isə Rusiyanın SSRİ-nin keçmiş ölkələrini yığmaq statusunda olmasıdır", - Kvasnevski izah edib.

O qeyd edib ki, Kreml dondurulmuş münaqişələr üzrə yaxşı mütəxəssisdir və onun Dağlıq Qarabağda, Dnestryanı bölgədə, Gürcüstanda və indi və Ukraynadakı hərəkətləri buna sübutdur.

Aleksandr Kvasnevskinin sözlərinə görə, Rusiya Federasiyası siyasətini belə hərbi münaqişələr üzərində qurur və Putinin ətrafında, hansı ki, seçkilərdən bir il keçməsinə baxmayaraq vətəndaşlara iqtisadiyyatla bağlı heç nə təklif etməyib, cəmiyyətə hərbi hissləri təşviq edən "çoxlu təhlükəsizlik qüvvələri" var.

"Bu baxımdan onların əsas hədəfi Ukraynadır. Putinə bizim ölkə böyük bir Rusiya yaratmaq üçün lazımdır. Bu hədəf necə vardı, elə də qalır... O, Baltikyanı dövlətləri görməyəcəyini anlayır, amma Ukrayna üçün hələ də mübarizə aparmağa hazırdır. Buna görə də, onun Ukraynaya qarşı siyasətində dəyişikliklər gözləməyə dəyməz", - deyə Polşanın sabiq lideri vurğulayıb.

O, əlavə edib ki, Rusiya ilə münaqişə "uzunmüddətli" olacaq, çünki Brüssel və ABŞ Donbasdakı müharibəyə görə Ukraynanın NATO və Aİ-yə üzv olmasına imkan verməyəcək, Rusiya Federasiyası isə bu zaman Ukraynada stabilliyi pozmaqda davam edəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar