Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-i yenidən dirçəldənlər: Pis hökumətlər, pozulan hüquqlar, yetişən perspektivsiz gənclik...

Bir vaxtlar Suriya və İraqda az qala səkkiz milyon əhaliyə nəzarət edən cihadçı terrorçu qrupun elan etdiyi “xilafət”, demək olar ki, yox edilib

Buna nail olmaq üçün 79 ölkədən ibarət koalisiya 4,5 il ərzində hərbi əməliyyatlar aparmalı olub.

Bu səylər milyardlarla dollar və minlərlə insan həyatı bahasına başa gəlib, ölən insanların çoxu isə mülki əhali olub. Özünü “İslam Dövləti” (İŞİD) adlandıran qrupun fəaliyyətinə dair məxfi kəşfiyyat məlumatlarına çıxışı olanlar ehtiyatı əldən verməməyə çağırırlar.

Bu yaxınlarda keçən Münhen Təhlükəsizlik Konfransında Britaniya Kəşfiyyatının rəhbəri Aleks Yunker deyib ki, hərbi məğlubiyyət terror təhlükəsinin sonu demək deyil: “Gördüyümüz kimi, o dəyişir, yayılır… Suriyanın daxilində və xaricində. Bu, terrorçu təşkilatın ənənəvi halıdır”.

Həmin tədbirdə çıxış edən Almaniyanın Müdafiə naziri Ursula von der Leyen qeyd edib ki, hazırda İŞİD daha dərin fəaliyyətə keçib və digər terrorçu qruplarla şəbəkələr qurur.

ABŞ Mərkəzi Konmandanlığına rəhbərlik edən general Jozef Votel xəbərdarlıq edib ki, İŞİD şəbəkəsinin dağıdıldığına baxmayaraq, təzyiq davam etdirilməlidir, əks-halda həmin şəbəkənin parçaları yenidən birləşə bilər.

Təxminlərə görə, Suriyaİraq boyu səpələnmiş 20000-30000 arası İŞİD döyüşçüsünün çoxu məhkəmə təqibindən ehtiyat edərək öz ölkələrinə qayıtmaq istəmir.

İŞİD ilə əlaqəli kiçik silahlı qruplar eləcə də Liviya, Misir, Qərbi Afrika, Əfqanıstan və Filippinin cənubunda fəaliyyət göstərir. İraqın şimalında İŞİD getdikcə güclənən hücumlar həyata keçirir.

İŞİD necə yarandı?

İŞİD qrupu İraqda keçmiş ordu və kəşfiyyat zabitlərinin və Ərəb dünyasının daxilindən və xaricindən İraqa gəlmiş cihadçıların ittifaqı nəticəsində “Əl-Qaidə” kökü üstündə bitib. İraqdakı “Əl-Qaidə” müsəlmanlara üz tutaraq onları İraqa gəlib ABŞ işğalına qarşı mübarizə aparmağa çağırırdı.

Lakin “Əl-Qaidə”nin qəddarlığı və dözümsüzlüyü İraq tayfalarını onlardan uzaqlaşdıraraq hökümətə yaxınlaşdırdı, “Əl-Qaidə” isə səhraya sıxışdırılıb çıxarıldı.

Lakin sünnüləri diskriminasiya edən İraqın şiə hökuməti bu üstünlüyü qoruyub saxlaya bilmədi. Nəticədə, 2014-cü ilin yayında sünnü radikallardan ibarət İŞİD qrupu heç bir müqavimətlə rastlaşmadan İraqın ikinci şəhəri olan Mosulu ələ keçirdi. İraq ordusunun zəifliyi, yüksəkvəzifəli zabitlərin İŞİD qarşısından qaçması və bənzər hallar nəticəsində İŞİD İraq ərazisinin üçdə birini öz nəzarətinə götürə bildi.

Qonşu Suriyada isə xaos, qarma-qarışıqlıq və vətəndaş müharibəsi İŞİD üçün burada da böyük əraziləri nəzarəti altına götürməyə şərait yaratdı.

İŞİD qrupu 2.0

Görəsən bu, yenidən təkrarlana bilərmi?

“Xilafət”in yenidən qurulacağının bundan sonra mümkünlüyü ehtimalı çox aşağıdır. Bununla belə, İŞİD qrupunun erkən uğurunu şərtləndirən amillər indiyədək aktuallığını itirməyib.

İraq İran tərəfindən dəstəklənən şiə silahlıları ilə doludur. Xəbərlərə görə, sünnü sakinlər İŞİD qrupunu dəstəkləməkdə ittiham edilərək həbs olunub evlərindən aparılırlar.

“İŞİD qrupu 2.0” ssenarisinə yol verməmək üçün İraq milli barış və bütün qrupların marağını nəzərə alan hökumət lazımdır. Suriyada vətəndaş müharibəsinin səbəbkarı qalib kimi Dəməşqdəki sarayında oturub.

Rusiyaİran tərəfindən xilas olunmuş Bəşər Əsədin mövqeyi indi əvvəlkindən daha möhkəm görünür. Suriyalıların çoxunun indi onunla mübarizə aparmaq imkanları tükənib. Lakin Əsəd rejiminin qəddarlıqları bəzilərini silahlı müqavimətə qaldırmaqda davam edəcək, İŞİD isə yenidən Suriyaya qayıtmaq üçün fürsət gözləyəcək.

Ümumilikdə götürəndə isə, dünya boyunca ölkələrdə hökümətin pis olması, hüquqların pozulması, müsəlmanların dini zəmində təqib olunması, gənclərin aşağı təbəqəyə sıxışdırılıb perspektivsiz qalması kimi hallar İŞİD üçün səfərbərlik imkanlarını açır. İŞİD xilafəti süquta uğrasa da, onun təhlükəli dərəcədə yoluxucu ideologiyası – yox.(BBC Azərbaycan)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar