Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Türkiyə əleyhinə yeni ittifaq qurmağa çalışır

Leviafan hövzəsinin qazı haradan keçəcək?

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi

Şərqi Aralıq dənizində hakimiyyət qurmağa çalışan İsrail, Türkiyə əleyhinə ola biləcək daha yeni bir addım atıb.

İsrail Prezidenti Reyven Rivlin, Kipr (Kiprin yunan hissəsi nəzərdə tutulur – red.) prezidenti Nikos Anastasiadisi ziyarət edərək bölgədəki balansı Türkiyə əleyhinə dəyişdirə biləcək proseslər başladıb.

İsrail, daha öncə Şərqi Aralıq dənizində olan təbii qaz ehtiyatlarını Türkiyə üzərindən dünyaya nəql etməyi düşündüyü halda, sadəcə Türkiyəyə zərər verməyə çalışmaq üçün bu boru xəttinin dənizin altından Kipr, Yunanıstan və İtaliyadan keçməsinə qərar verib.

Leviafan və Türkiyə

Beləliklə, Türkiyə, İsrailin apardığı hesablara görə, nəhəng ehtiyatlara sahib olduğu məlum olan Leviafan hövzəsindəki təbii qazın paylanmasından kənarda saxlanılacaq. Hazırda görünür ki, İsrailin strateji hesabı budur.

Atılacaq bu addımın yaxınlarda Türkiyəni ziyarət etmiş olan Yunanıstan Baş naziri Aleksis Çiprasla İstanbulda müzakirə edilib-edilmədiyini xəbər mənbələri açıqlamayıb.

Daha böyük bir ittifaq

İsrail sadəcə bunu etməklə qalmır. Kiprin yunan kəsimi və Yunanıstanla birlikdə qurulmuş olan bu ittifaqı daha böyük bir “regional təhlükəsizlik qalxanı”na çevirməyə çalışır.

Buradakı xəbər qaynaqları, İsrail Prezidenti Rivlinin Kiprin yunan kəsimini ziyarət edərkən bu ittifaqa İordaniya və Misirin də daxil edilməsini istədiyini bildirirlər.

Əgər bu baş tutarsa, Şərqi Aralıq dənizində Türkiyə əleyhinə qurulmağa çalışılan ittifaq daha da güclənmiş olacaq.

Blef edirlər

ABŞ mənşəli xəbər qaynaqları, hələ ki, ortada konkret bir şey olmadığını, İsrailin bu cür fikirləri daha çox Türkiyəni narahat etmək üçün mütəmadi olaraq ortaya atdığını düşünürlər.

Misal üçün, elə həmin qaynaqlar, təbii qaz boru xəttinin dəniz altından çəkilməsinin mümkün olmadığını, eyni zamanda bölgədə böyük zəlzələ riskinin olduğunu da söyləyirlər. Onlar deyirlər ki, əgər gələcəkdə təbii qaz boru xətti Türkiyə üzərindən çəkilməyəcəksə, İsrailin çıxardığı qaz sadəcə Misirdəki təbii qaz emalı zavodlarında işlənərək, oradan gəmilərlə dünyaya paylana bilər.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar