Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin sabitlik problemi və seçki... - Ərdoğan bu seçkidən zəif çıxsa nə olacaq?..

Əgər AK Partiya bu seçkidən güclənərək çıxmazsa, Türkiyənin xarici təhdidlərə qarşı mübarizə aparmağı çox çətin olacaq

Serdar TURGUT 20 fevral 2019-cu il
haberturk.com

Vaşinqtonda işləyib, milli təhlükəsizliklə və xarici münasibətlərlə bağlı yazılar yazan bir jurnalistin istər ümumi, istərsə də, yerli seçkilərə Türkiyənin davamlılıq problemi olaraq yanaşması təbii haldır.

Çünki mənim işlədiyim şəhərdə Türkiyəyə qarşı necə qaranlıq oyunlar oynamağa çalışdıqlarını, sadəcə Amerika hökumətinin deyil, onun yaratdığı qlobal əlaqələrlə Türkiyənin necə hədəf halına gətirildiyini hər gün görürəm və dinləyirəm.

Strateji yalanları göstərmək məqsədilə öyrəndiklərimi sizə dəqiq şəkildə ötürməyə çalışıram.

Təhlükəli oyunlar

Türkiyənin daxili siyasətini Vaşinqtonu izlədiyim qədər diqqətli şəkildə izləyə bilmirəm. Amma onu bilirəm ki, ölkəmizə qarşı planlanmış oyunlarla, təhlükəli hücum cəhdləri ilə sağlam şəkildə mübarizə apara bilməsi üçün indi Türkiyənin güclü bir rəhbərliyə həmişəkindən daha çox ehtiyacı var.

Prezident Ərdoğan haqlı olaraq Türkiyənin ardəcıllıq problemi haqqında danışır.

Görünür, müxalifət və xüsusilə, CHP bunu başa düşmür və yerli seçkilərin bu problemlə olan əlaqəsini sorğulayır.

Ölkəmizi düşmən kimi görənlərin və oyun oynamaq istəyənlərin tək istəyi yaxınlaşan seçkidə Ağ partiyanın zəiflədiyini görməkdir. Çünki əgər belə olsa, Prezident Ərdoğanın iqtidarının zəifləmə müddətində olduğunu söyləyərək bundan da təhlükəli oyunları üçün bir strategiya kimi istifadə edəcəklər.

Buna görə də, tariximizin bu mərhələsində Türkiyənin həqiqətən də bir ardıcıllıq problemi var və yaxınlaşan yerli seçki sadəcə bələdiyyə seçkisi deyil, həm də bu davamlılıq məsələsi ilə bağlı bir problemdir. Prezident Ərdoğan bunu vurğulamaqda sonuna qədər haqlıdır.

Ortaq bir məxrəc kimi vətən sevgisi

Mənim tipik bir AK Partiya seçicisi olduğumu demək olmaz. Amma bu ölkənin Atatürkçü qisimlərinin vətən sevgisi ortaq zəminində AK Partiyaya dəstək verməli olduqlarını düşünürəm. Əgər bu dəstək verilsə, Türkiyə Prezident Ərdoğanın liderliyində ölkəyə qarşı oynanılan oyunları daha rahat şəkildə poza bilər.

Əlbəttə ki, hər məsələdə razılaşmaqdan, dəstək verməkdən danışmıram. Amma mövzu vətən olduqda onu sevmək baxımından çox rahat şəkildə razılaşacağımızı bilirəm və hiss edirəm.

Əgər AK Partiya bu seçkidən güclənərək çıxmazsa, Türkiyənin xarici təhdidlərə qarşı mübarizə aparmağı çox çətin olacaq.

Türkiyəyə qarşı milli təhlükəsizlik təhdidlərini izləməkdən yorulmuş bir Amerika siyasəti mütəxəssisi olaraq mənim bu seçkidəki dəstəyim tam olaraq AK Partiyanın və prezident Ərdoğanın bu seçkidən daha da güclənmiş şəkildə çıxmasından yanadır. Bu, həqiqətən də Türkiyənin ardıcıllıq problemidir.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar