Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan müxalifətinin hansı qanadı daha təhlükəlidir?

“Yaxın Şərqdəki “rəngli inqilablar”a düyünlənən islam amili” – Təhlil

Stanislav Tarasov

regnum.ru, 20.02.2019

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Müxalifətçiliyin missiyası və Azərbaycanın milli maraqları” başlıqlı replikanı sosial şəbəkələrdəki səfihəsində yerləşdirib. AzərTAC dövlət informasiya agentliyi bu dərci tirajlayaraq ona siyasi məna verib. Ehtimal ki, Azərbaycan hökuməti bu qayda ilə yanvarın 19-da Bakıda baş tutmuş, müxalif “Demokratik Qüvvələrin Milli Şurası”nın təşkil etdiyi, Müsavat Partiyası və başqalarının dəstəklədiyi sanksiyalı mitinqə reaksiya vermək qərarına gəlib. Biz bu dərcə sıradakı səbəblərə görə diqqət ayırmışıq.

Həsənov Azərbaycanın ən səriştəli və məlumatlı siyasətçilərindən biridir. O özü haqda deyir ki, 1988-ci ildən bəri “Azərbaycanın aktiv siyasi həyatındayam”, 1993-cü ildən isə “Prezident komandasında vətəndaş cəmiyyəti təsisatları – QHT-lər, KİV-lər və siyasi partiyalarla əlaqələrlə birbaşa məşğul oluram”. Onun sözlərinə görə, “cəmiyyətdəki fərqli kəsimlərin, o cümlədən müxalifətin də cari proseslərə, gələcəyə hesablanmış konsepsiyalara baxış və rəylərini bilmək, alternativ ideyaları dəyərləndirmək və yeri gələndə, ən azı, ehtiyat variant olaraq nəzərdə saxlamaq təkcə rasional idarəçilik baxımından deyil, həmçinin hakimiyyətdə olan komandanın istənilən siyasi rəqabətə daim hazırlıq formasında qalması üçün vacib şərtdir”. Üstəlik, Həsənov Azərbaycanda, fikrimizcə, olduqca özünəməxsus şəkildə strukturlaşdırdığı müxalifətin varlığı faktını etiraf edir.

Birincisi: bir vaxt özünü “milli demokratlar” adlandırmış, amma sonradan Avropa Lliberal Demokrat İttifaqına qatılan sağçılar. İkincisi: Həsənovun sözlərinə görə, “özlərinə gah şimalda, gah da cənubda himayədar axtaran solçular”. Üçüncüsü: “dünyəvi konstitusion quruluşu əsl dövlətçilik istehkamı olaraq qorumağa hazır olan sekulyarlar”. Dördüncüsü: “bu quruluşu istiqlalımız qarışıq öpdükləri əlin fitvasına təslim etməyə hazır olan klerikallar”.

Lakin rəsmi Bakı üçün kim hamıdan daha təhlükəlidir? Birinci duruşdan – Qərb Liberal Demokrat İttifaqına qoşulan qrupdan başlayaq. Onlar respublika rəhbərliyinin avtoritar üslubuna qarşı çıxış edir, ayrı-ayrı örnəklərlə əsas azadlıqlara hücuma, siyasi məkanın daralamasına görə hökuməti tənqid edir, sanki parlamentə formal deyil, gerçək hakimiyyət ayrılması vasitəsilə ölkənin ictimai-siyasi həyatının demokratikləşdirilməsində sanki öz ssenariləri var.

Belə müxalifət ideologiyaca ölkədə fəaliyyətdə olan hakimiyyətdən geniş mənada fərqlənmir. Axı həm bu, həm də o biri tərəfin ideoloji yönü Qərb və dünyəvilikdir. Düzdür, Azərbaycan lıiberallarının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə rəsmi yanaşmadan fərqli yanaşmaya malik olduqlarını hesab etməyə ciddi əsaslar var. Azərbaycanda belə baxışların tərəfdarları Qərbdən dəstək alan və onun tərəfindən gərəkli anda Bakıya basqı üçün alət kimi yararlandığı “məhdud azlıq”dır. Amma, bax, sağçı qüvvələrin respublikada həm ən yaxın, həm də uzunmüddətli perspektivdə Ermənistanda bu yaxınlarda baş verdiyi kimi hətta Qərb tərəfdən Azərbaycana maliyyə, siyasi və başqa dəstəyi şərtilə Azərbaycanda etiraz təşəbbüsləri, “rəngli inqilab” həyata keçirmək şansları yoxdur. Lakin, bəli, Qərb onlardan konkret xarici siyasət hədəflərinin əldə edilməsində hökumətə basqı aləti kimi istifadə edir.

Azərbaycan “liberallar”ının Rusiyanınkılarla alyansı halında durum başqa cür görünə bilərdi. Amma sonuncular təkcə Rusiyada siyasi məğlubiyyətə uğramayıb. “Gah şimalda, gah da cənubda siyasi himayədar axtaran” solçulara keçək. Azərbaycanda ənənə üzrə kommunistlər belə hesab olunur. Onlar parçalanıb və indiyə kimi sol cinahdakı boşluğu doldura bilməyib, çağdaş şərait üçün yeni ideologiya hazırlamayıblar. Solçular buna görə də daxili-siyasi meydanda duyulacaq rol oynamırlar, onların Azərbaycanda siyasət, iqtisadiyyat, hüquq və ruhsal sahələrdə sosialist metodunun bərpası üçün islahatların keçirilməsi haqda şüarları sallana qalıb. Düzdür, ekspertlərin fikrincə, Azərbaycanda “solçu” hərəkatın obyektiv spektri müəyyən daxili sosial-iqtisadi səbəblərdən genişlənə bilər, amma mütəşəkkil fəhlə və kəndli sinfinin tənəzzülü göz qabağındadır.

Azərbaycan solçuları Rusiyadakı RFKP kimi yaranmış durum və şəraitdə mötədil siyasi şüarlarla çıxış edərək yalnız hakimiyyyətlə əməkdaşlıqda sistemli müxalifət ola bilərlər. Solçulara Həsənovun barəsində yazdığı “cənubdan” mümkün dəstəyə gəlincə, bu bizim üçün tapmacadır. Doğrudanmı, Çin nəzərdə tutulur? “Dünyəvi konstitusion quruluşu dövlətin həqiqi dayağı kimi müdafiə etməyə” hazır olan sekulyarlar haqda daha az məlumdur. Açığını desək, profilli Azərbaycan ədəbiyyatında “Azərbaycan sekulyarizmi”nin dayanıqlı elmi təyinini aşkarlamağa nail olmadıq. Yalnız ümumi tipli təsvir mövcuddur, buna əsasən, respublikada “sekulyarizm anlayışı və müsəlman eyniyyəti bir-birinə zidd deyil”. Sekulyarizmin islama bağlanması, Azərbaycanla münasibətləri “bir millət – iki dövlət” formulu üzrə qurulan Türkiyəyə çıxardır.

Amma ümumtürk bağları və ümumiliyi haqda danışmaq bir şeydir, Türkiyənin artıq türk dövlətçiliyinin din və siyasətin ayrılması prinsipi üzrə dünyəvi modelinə tərəfdar kamalçı olmayan rəhbərliyi ilə iş görmək başqa işdir. Ankara, bu gün Bakı ekspertlərinin dəyərləndirdiyinə görə, Azərbycanda duyulan fəallıq göstərməyə başlayan siyasi islama sarı açıq meyl götürüb. Bununla yanaşı “Türkiyə islamı”nın Azərbaycanda ictimai-siyasi proseslərin gedişinə təsiri haqda məsələ araşdırılmamış qalır. Hələlik sabit duyum formalaşır ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan siyasi sistemin islamlaşdırılması və şəriət müddəalarının tətbiqinə getməyəcək, islamı yalnız milli eyniyyətin tərkibi kimi saxlayacaq. Amma Ankara “türkçülük üstəgəl islam” formulunu həm daxili, həm də xarici siyasət aləti kimi işlədir.

Bu, çox ciddi məsələdir, çünki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın imkanlarını daraldır – ermənilərə türkçülük və islamın hökm sürdüyü cəmiyyətdə yaşamaq təklif ediləndə. Amma həm də İran məsləkli islamın fəallaşmasına itələyir. Biz beləcə “bu quruluşu istiqlalımız qarışıq öpdükləri əlin fitvasına təslim etməyə hazır olan klerikallar”a – dördüncü duruşa çıxırıq. Əlbəttə, söhbət Azərbaycanda ideoloji təsiri çoxalan şiə İranından gedir ki, bu, az qala, rəsmi səviyyədə etiraf olunur. Axı Azərbaycan müsəlmanlarının 70%-ə yaxını şiədir.

Buna görə də Bakı üçün potensial təhlükə Yaxın Şərqin qonşu ölkələrində “rəngli inqilablar”a düyünlənən məhz bu və ya başqa şəkilli islam amilidir. Problem onda deyil ki, Tehran qonşu Azərbaycana ideoloji ekspansiya etmək niyyətindədir, bundadır ki, ABŞ İranda durumu “qızışdıraraq” Liviyada olduğu kimi səhnəyə özünü “müxalifət” kimi göstərən yeni siyasi güclər çıxarda bilər. Və onlar artıq Həsənovun “Ranqlar haqda cədvəl”inə sığışmayacaqlar. Bununla yanaşı, müxalif fəallığı Yaxın Şərq hadisələrinə bağlamaq imkanını da istisna etmək olmaz. İstənilən başqa dövlətdəki kimi Azərbaycanda da cari sosial-iqtisadi durumdan narazılıq var ki, bu da cəmiyyətdə etiraz əhvali-ruhiyyəsinin artmasına aparır. Amma bu gün Azərbaycanda müxalifət deyilən kəsim bu təyinə meyl etmir, Bakıda indiki hakimiyyətə alternativ yoxdur. Etiraz aksiyaları əhalinin ona açıq indifferent münasibətiylə fraqmentar xarakter daşıyır.

Lakin bu gün düşünmək gərəkdir ki, Qərbdən qida alan müəyyən güclər yeni geopolitik kapitallaşmanın artırılması üçün ciddi səylər göstərəcəklər. Həsənovun məqaləsi məhz bu məcrada qavranılır.

Tərcümə: strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar