Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda taksi sürücüsü qarət edildi  

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Suraxanı rayonunun Suraxanı qəsəbəsində yaşayan, 1971-ci il təvəllüdlü Abbasov Gündüz Əlövsət oğlu polisə müraciət edərək bildirib ki, "Neftçilər" metrostansiyası yaxınlığında "Nissan" markalı şəxsi avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən iki nəfər naməlum şəxs Sabunçu rayonu, Bünyadov küçəsindəki "KİA Motors" adlı obyektə getmək istədiklərini bildiriblər.

Onlar həmin obyektə yaxınlaşarkən sürücünün boynuna məftil keçirərək pulunu və avtomobilin sənədlərini alıblar. Daha sonra həmin şəxslər avtomobili "Həzi Aslanov" metrostansiyasının yaxınlığına sürdürüb avtomobili tərk ediblər.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törədən şəxslərdən biri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşayan, 1986-cı il təvəllüdlü Abbasov Sahil Vahid oğlu saxlanılıb, hadisənin digər iştirakçısının axtarışları isə davam etdirilir.(trend.az)

pia.az


Etiket: Bakı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar