Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ömürlük və vicdan məhbuslarının əfvi üçün İlham Əliyevə müraciət edildi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı ömürlük və vicdan məhbuslarının əfv olunması ilə bağlı prezident İlham Əliyevə müraciət edib

QAT-ın mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir ki, ömürlük cəza çəkən məhbuslar arasında Qarabağ müharibəsində fəal iştirak edən, dövlət təltifləri alan Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov və digərləri də var:

“Cəmiyyətdə “Qarabağ partizanları” adı ilə tanınan dəstənin üzvlərindən Məmməd Məmmədov gənc olub, vətənpərvərlik hissi ilə düşmənə qarşı partizan müharibəsinə girmək istəyib. Buna görə onun 16 ildir ömürlük məhbus həyatı yaşaması haqsızlıqdır”.

Müraciətdə qeyd olunur ki, ömürlük məhbuslardan Əli Quliyev və digərləri 30 ilə yaxındır məhbus həyatı yaşayırlar:

“Məhbuslardan Şakir Rzaxanov, Hüseynağa Balayev, Səbuhi Məmmədəliyev, Yadigar Baxşəliyev, Yaşar Pənahpur, İntiqam Qayıbov, Əmir Muradov, Murov Şərifov, Namiq Vəliyev, Natiq Mirzəyev, Daşqın Quliyev, Mahir İsmayılov, Vüsal Qurbanov, Samir Saniyev, Elmir Mirəliyev, Azər Əsədov, Yaşar Şahmuradov, Elnur Qəhrəmanov, Nizami Ələsgərov, Afət Heydərzadə, Fuad Orucov, Zaur Həziyev və digərləri törətdikləri hərəkətlərin xarakterinə uyğun olmayan ağır cəza alıblar. Bu məhbusların xeyli hissəsi 1998-ci ildə güllələnmə cəzasından qanunsuz olaraq ömürlük cəzaya keçiriliblər”.

Dövlət başçısına müraciətdə vicdan məhbuslarının məsələsi də yer alıb:

“Vicdan məhbusları Mövsüm Səmədov, Sərdar Hacıhəsənli, Taleh Bağırzadə və digərləri barəsində hərəkətlərinə uyğun olmayan ağır cəza verilib. Bu insanların da Sizin əfvinizə ehtiyacı vardır. Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olduğu bir vaxtda cəmiyyətdə vətəndaş sülhünün, xoş münasibətlərin bərqərar olmasına ciddi ehtiyac vardır. Sizin ömürlük məhbuslarla, vicdan məhbusları ilə bağlı humanist addım atmağınız, onları əfv etməyiniz cəmiyyətdə müsbət qarşılanar, ümumi işimizə ciddi xeyir gətirər. Ona görə də humanistlik göstərib bu istiqamətdə addımlar atmağınızı xahiş edirik”.(reytinq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar