Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Vaşinqtona raket zərbəsi endirməklə hədələdi

Rusiya prezidenti Vladimir Putinin Federal məclis qarşısında bu günkü hesabat xarakterli çıxışı ABŞ rəhbərliyinin ünvanına birbaşa və açıq hədələrlə yadda qalıb

Putin Rusiyanın yeni hipersəs sürətli silahları barədə danışaraq bildirib ki, “meydana çıxacaq təhdidlərə cavab olaraq” bu raketlərlə ABŞ paytaxtına zərbə endirəcəklər.

Putin ABŞ-ın Orta və Yaxın Mənzilli Raketlərə dair Müqavilədən çıxması, habelə Polşa və Rumıniyada raketdən müdafiə sistemləri yerləşdirməsi barədə danışaraq deyib ki, bunlar Rusiyaya birbaşa təhdid yaradır. Çünki həmin ölkələrin ərazisində yerləşdirilən raketdən müdafiə sistemlərinin komponenti olan Mk-41 buraxılış qurğusu orta mənzilli, qanadlı “Tomoqavk” raketlərinin də tətbiqinə imkan verir.

Rusiyanın Avropada belə raketləri birinci yerləşdirmək niyyəti yoxdur. Lakin onlar orta mənzilli raketləri birinci istehsal etsələr və orada yerləşdirsələr beynəlxalq sferada vəziyyəti ciddi kəskinləşdirəcək və Rusiya üçün ciddi təhdid yaradacaq. Çünki bu tip raketlərin bəziləri Moskvaya cəmi 10-12 dəqiqəyə çata bilər. Bu da bizim üçün ciddi təhdiddir. Belə olan halda biz məcbur olub asimmetrik cavab tədbirləri görəcəyik”-o bildirib.

Putin əlavə edib ki, ABŞ-da qərar qəbul etməzdən əvvəl Rusiyanın yeni raketlərinin sürətini bir daha hesablamalıdırlar. Çünki həmin raketlər də ABŞ-a təxminən 10-12 dəqiqəyə çatacaq.

Rusiya prezidentinin sözlərinə görə, onlar təhdidə dərhal cavab verəcəklər və hipersəs sürətli silahları təkcə ABŞ-ın öz silahlarını yerləşdirdiyi ölkələrə deyil, ABŞ-ın özünə də tuşlayacaqlar.

“Bu gün birbaşa və açıq şəkildə bunu bəyan edirəm ki, sonra heç kim bizi qınamasın, hamıya aydın olsun ki, söhbət nədən gedir”-o bildirib.

pia.az


Etiket: Putin Vaşinqton

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar