Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suveren internet yaratmaq - Bu nə qədər mümkündür?

Osman Gündüz: “Rusiya internet üzərində nəzarəti gücləndirmək imkanı əldə etmək istəyir”

Mehdi Mustafayev: “Suveren internetin yaradılması Rusiyaya iqtisadi cəhətdən sərf etməyəcək. Çünki bu Rusiyaya milyard dollara başa gələcək”.

Rusiya Dövlət Dumasına təqdim olunmuş qanun layihəsini bəzi ekspertlər “suveren Rusiya interneti barədə qanun” adlandırmağa başlayıblar. Rusiya hakimiyyəti internetdə, “Telegram” sosial şəbəkəsində ekstremizmlə mübarizə apardığını bildirir.

İnternet İstifadəçiləri Assosiasiyasının həmtəsisçisi Stanislav Kozlovski hesab edir ki, bu tendensiya dünən yaranmayıb, çoxdan gedir: “Bizdə 2012-ci ildən saytların bloklanması qanunu peyda olub, saytlar reyestrə salınır, bloklanır, bloklamanın yeni kriteriyaları ortaya çıxır. Ümumilikdə, vintləri bərkitmək tendensiyası baxımından məntiqi addımdır”.

“Məsələnin mahiyyətində Rusiya seqmentini internetdən təcrid etmək durur. Qanunda onun tamamilə ayrılacağı aydın yazılmayıb, belə bir rubilnikin olması, belə bir imkanın yaradılmasından söhbət gedir”, – o, sözlərinə əlavə edib.

Qeyd edək ki, Rusiyada suveren internet yaradılmasının əleydarları bu qanun layihəsini ciddi tənqid atəşinə tuturlar. Onlar hesab edirlər ki, Rusiya bu addımla özünü dünyadan bir daha təcrid etməklə yanaşı, eyni zamanda Rusiya rəhbərliyi vətəndaşların informasiya əldə etmək hüquqlarına da qəsd edir.

Ümumiyyətlə hər bir ölkənin öz suverinitet internet seqmentinin yaradılması nə qədər mümkündür və bu internet nə qədər bir ölkənin kiber təhlükəsizliyini təmin edə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azərbaycan İnternet Forumun prezideti Osman Gündüzə və İKT mütəxəssisi Mehdi Mustafayevə müraciət edib.

Osman Gündüz: “Rusiyada fikirləşirlər ki, müharibə, ya da sanksiyalara görə ölkəni qlobal dünyadan ayıra bilərlər. Rusiya bu gün üçün, yəni qiyamət gününə hazırlaşır. Amma əslində bu mümkünsüz bir işdir”.

Bu addımı uğur kimi qiymətləndirməyən Azərbaycan İnternet Forumun prezideti Osman Gündüz bildirib ki, internetin gözəlliyi onun qloballığındadır. Yəni biri var bütün dünya ilə inteqrasiya olunmuş şəbəkə, biri də var daxili şəbəkə. Bunları müqayisə etmək belə çox çətindir, deyə ekspert PİA.az-a açıqlamasında bildirib:

“Bu addımları mühafizəkar ölkələr atmağa başlayıblar. Rusiya bu addımı ona görə edir ki, sanki ölkəni kənardan blokadaya ala bilərlər. Yəni Rusiyada fikirləşirlər ki, müharibə, ya da sanksiyalara görə ölkəni qlobal dünyadan ayıra bilərlər. Rusiya bu gün üçün, yəni qiyamət gününə hazırlaşır. Amma əslində bu mümkünsüz bir işdir.

Düşünmürəm ki, hansısa bir ölkəni internetdən kənarlaşdırmaq arzusunda olanlar olsun. Hesab edirəm ki, bu Rusiyanın apardığı mühafizəkar siyasətin nəticəsidir. Sadəcə Rusiya internet üzərində nəzarəti gücləndirmək imkanı əldə etmək istəyir.

Osman Gündüz: “Daxili interneti olan ölkəyə kənardan təhlükə olmayacaq”.

Təcrübə göstərdi ki, qlobal internetə nəzarət imkanları çox çətindir. Tək bir ölkə öz internetinə asanlıqla nəzarət edə biləcək. Amma bu addımı uğur kimi qiymətləndirmirəm. Çünki internetin gözəlliyi onun qloballığındadır. Yəni biri var bütün dünya ilə inteqrasiya olunmuş şəbəkə, biri də var daxili şəbəkə.

Bunları müqayisə etmək belə çox çətindir. Düsünürəm ki, daxili şəbəkənin həm xərcləri dövlət üçün ifrat dərəcədə çox ola bilər, həm də onun əhəmiyyəti elə böyük olmaz. Buna görə də mən daxili şəbəkədən elə də uğurlu nəticə gözləmirəm.

Əgər daxili internet yaradacaqlarsa, bu zaman öz şəbəkələrini qlobal internetdən ayıracaqlar. Buna görə də daxili interneti olan ölkəyə kənardan təhlükə olmayacaq”.

Mehdi Mustafayev: “Rusiya suveren internetin yaratmaqla öz təhlükəsizliyini qorumağı düşünür”.

Siyasi səbəbə görə Rusiyanı müəyyən qədər anlamağın mümkün olduğunu qeyd edən İKT mütəxəssisi bildirib ki, Rusiyanın hərbi, iqtisadi potensialına görə, həmçinin Qərbdən, ABŞ-dan ona yönəlicək təhdidlərdən qorunması üçün ölkədə suveren internetin yaradılması anlaşılandır:

“Müasir dövrdə heç bir ölkəni internetsiz təsəvvür etmək mümkün deyil. Çünki internet günün reallığıdır. Siyasi səbəbə görə Rusiyanı müəyyən qədər anlamaq mümkündür. Rusiyanın hərbi, iqtisadi potensialına görə, həmçinin Qərbdən, ABŞ-dan ona yönəlicək təhdidlərdən qorunması üçün ölkədə suveren internetin yaradılması anlaşılandır. Bu gün Rusiya güclü dövlət olaraq bir neçə ölkələrdən qlobal təhdidlər alır. Bu qlobal təhdidlər də təkcə hərbi təhdidlər deyil, Rusiya üzərində yetərincə kiber təhdidlər də var.

Rusiya indiki zamanda tam olaraq Microsoft, Google şirkətlər kimi şirkətlərlə mübarizə aparacaq səviyyədə deyil. Düzdür Rusiyada proqramlaşdırma dilləri və başqa sahələrdə yetərincə kiber təhlükəsizlik mütəxəssisləri var. Amma bütün bunlarla yanaşı göründüyü kimi Rusiya suveren internetin yaratmaqla öz təhlükəsizliyini qorumağı düşünür.

Mehdi Mustafayev: “Avtoritar rejimlərdə suveren internetin yaradılması hakimiyyətlər üçün daha yaxşıdır”.

Müasir dünyada dünyadan kənarda qalmaq üçün interneti bloklamaq Rusiyaya sərf etməyəcək. Həm də suveren internetin yaradılması Rusiyaya iqtisadi cəhətdən də sərf etməyəcək. Çünki bu Rusiyaya milyard dollara başa gələcək. Son zamanlarda isə istər dünya iqtisadiyyatında, istərsə də, Rusiya iqtisadiyyatında olan vəziyyət hamıya məlumdur.

Onu da qeyd edim ki, avtoritar rejimlərdə suveren internetin yaradılması hakimiyyət üçün daha yaxşıdır. Çünki bu rejimlərdə xarici mətbuat rüşvətin, korrupsiya faktlarını yaza bilirlər. Həmin rejimin xalqı xarici mətbuatda yazılan bu faktları oxuyur və məlumatlanırlar. Təbii ki, bu da avtoritar rejimlərə sərf edən bir forma deyil. Nəticədə də avtoritar rejimlər internet təhlükəsizliyini bəhanə edərək interneti bloklamağı düşünürlər.

Bildiyimiz kimi Rusiya ölkə olaraq bir neçə cinayətlərin törədilməsində iştirak edib. İndi isə elə bir dövr gəlib ki, bu cinayətlərin Rusiya xalqı tərəfindən öyrənilməsi Putin hakimiyyətinə tamamilə sərf etmir. Çünki Putin hakimiyyətdə qalmaq niyyətindədir. Həmçinin də məlumdur ki, Rusiya yüksək gəlirlərə sahib ölkədir. Rüşvətə bulaşmış Putin hakimiyyəti də istəmir ki, xalq məlumatlansın, oyansın və haqqını tələb etsin.

Mehdi Mustafayev: “İqtisadi baxımdan bu qərarın qəbul edilməsi Rusiyanın maraqlarından kənarda olsa da, Putin öz maraqlarına görə həmin qanunun qəbul edilməsinə çalışacaq”.

Buna görə iqtisadi baxımdan bu qərarın qəbul edilməsi Rusiyanın maraqlarından kənarda olsa da, Putin öz maraqlarına görə həmin qanunun qəbul edilməsinə çalışacaq. Amma bu qərarın qəbul edilməsində əsas məsələ ölkədə nə dərəcədə sosial şəbəkələrin bloklana biləcəyi, nə dərəcədə ölkənin internet çıxışının bağlana bilməsidir. Çünki müasir Rusiya gəncləri qlobal internetə giriş imkanların axtarıb tapacaqlar.

İnterneti tamamilə idarə etmək mümkün deyil. Hal-hazırda elə proqramlar var ki, həmin proqramlarla bloklanan saytlara asanlıqla girmək olur. Hesab edirəm ki, Rusiya bu halları nəzərə alaraq hansısa, saytların ölkədə bloklanmasına getmir və birdəfəlik olaraq ölkə suveren internet yaratmaq istəyir. Sosial şəbəkələrin bağlanması və digər internet resurslarının klidlənməsi Rusiya kimi bir ölkə üçün heç də yaxşı nəticələr vəd etmir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar