Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vatikanın gizli qaydaları ifşa oldu

Uşaqlara qarşı cinsi istismarla gündəmə gələn Vatikanın uşaq sahibi olan keşişlər üçün gizli qaydaları ifşa olub

Məsələ ilə bağlı açıqlama verən Vatikanın sözçüsü Gisotti, gizli qaydaların olduğu sirli sənədin varlığını qəbul edib.

Keşiş və kardinalların uşaqlara və qadınlara cinsi təcavüz və istismarı qalmaqalları ilə gündəmdən düşməyən Vatikanın nikahsızlıq qaydasını pozaraq uşaq sahibi olan keşişlər üçün hazırladığı bir sənədin olduğu ortaya çıxıb.

“New York Times”-ın xəbərinə görə, "sirli sənəd" İrlandiyada bir psixoterapevt olan Vincent Doyle adlı bir adamın anasından xaç atası kimi tanınan Katolik keşişin bioloji atası olduğunu öyrənməsi ilə ortaya çıxıb. Bir arxiyepiskop Doyle-yə nikahsızlıq qaydasını pozaraq uşaq sahibi olan keşişlərlə bağlı bir sənəd göstərib. Arxiyepiskop sənədin bir surətini istəyən Doyle-yə bunun bir sirr olduğunu söyləyərək təklifi rədd edib.

Vatikan sözçüsü Alessandro Gisotti “Times”-a "Bu qaydaların olduğunu qəbul edirəm, amma bu daxili fəaliyyətlə bağlı bir sənəddir" deyib. "Uşaqlı keşişlərin "günah çıxarmaq" üçün gələn bəzi qadınlara yönəlmiş istismar və təcavüz kimi hadisələrin nəticəsi olduğu irəli sürülüb. Qalmaqaldan sonra vəziyyətdən əziyyət çəkən uşaqlara yardım etmək üçün işlər başlayıb.



Kardinal qalmaqalı

Vatikan uzun müddətdir pedofil, cinsi istismar və təcavüz iddiaları ilə gündəmə gəlir. Yaxın zamanda Qədim Vaşinqton Arxiyepiskopu Teodor Makkarrickin xidmət etdiyi dövrdə günah etiraflarını dinlədiyi bir adama cinsi əlaqə təklif etdiyi, bəzi böyüklərə və uşaqlara cinsi təcavüzdə olduğu ortaya çıxıb. Vatikan ABŞ-lı kardinalın işlərdən uzaqlaşdırıldığını açıqlayıb.

Papa bacılara təcavüzü etiraf etdi

Katoliklərin ruhani lideri Papa Frensis BƏƏ səfərindən qayıdarkən jurnalistlərə verdiyi müsahibədə, bacıların keşişlər və yepiskoplar tərəfindən cinsi təcavüzə uğradığını etiraf edib. Papa Frensis "Hələ də bu tərz istismarın olduğuna inanıram" deyib.

Sistematik olaraq üstü örtülür

Qeyd edək ki, 2014-də olunan cinsi təcavüz və uşaq istismarı haqqındakı BMT hesabatında, Vatikan keşişlərə qarşı cinsi istismar iddialarının üstünü örtərək on minlərlə uşağın yaşadığı ədalətsizliyə göz yummaqla günahlandırılmışdı.

Vatikan "təcavüz şəbəkəsini" illərdir bilir

ABŞ-da Pensilvaniyanın baş prokuroru Coş Şapiro tərəfindən aparılan istintaq prosesində, təhqiqat məhkəməsi 300-dən çox keşişin 1950-ci illərdən bəri uşaqları təcavüz və istismar etdiyini açıqlayıb.(müxalifət.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar