Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qış sessiyasında Qarabağ münaqişəsindən danışılacaq

"ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə fikirlər səsləndirəcək"

Bunu Trend-ə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 20-23-də Avstriyanın Vyana şəhərində ATƏT PA-nın qış sessiyasında iştirak edəcək.

Sessiyada çox vacib məsələlər ətrafında müzakirələrin aparılacağını bildirən B.Muradova əlavə edib ki, qış sessiyasında ATƏT PA-nın illik sessiyasına hazırlıq, ATƏT regionu və dünyanı narahat edən məsələlər, sessiya çərçivəsində Parlament Assambleyasında qəbul edilən qərarların yerinə yetirilməsinə nəzarət, həlli uzadılmış münaqişələr, münaqişənin aradan qaldırılmasında ATƏT mexanizmlərindən istifadə, çirkli pulların yuyulması, terrorizmə və korrupsiyaya qarşı mübarizəyə dair məsələlər müzakirəyə çıxarılacaq:

“Biz nümayəndə heyəti olaraq, bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini ifadə edəcəyik. ATƏT regionundakı mövcud vəziyyətlə bağlı fikirlərimizi səsləndirəcəyik. Həlli uzadılmış münaqişələr müzakirə olunan məsələlər arasında olduğundan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti, ErmənistanAzərbaycan arasındakı danışıqlarda yeni mərhələnin və Ermənistanda seçkilərdən sonra yaranmış yeni mühitin vəd edəcəyi bəzi imkanlar, bu imkanların danışıqlar prosesinə göstərə biləcəyi təsir haqqında fikirlərimizi səsləndirəcəyik. Hesab edirəm ki, çox vacib və maraqlı bir sessiya olacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Ən çox oxunanalar