Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəli Yıldırımı MHP üzvü əvəz etdi

Fevralın 24-dək Türkiyə parlamentinə MHP üzvü Cəlal Adan sədrlik edəcək

Xəbər verdiyimiz kimi, fevralın 18-də Türkiyə parlamentinin sədri Binəli Yıldırım vəzifəsindən istefa verib. Binəli Yıldırım martın 31-də keçiriləcək bələdiyyə seçkilərində AKP və MHP-nin birləşdiyi “Cumhur İttifaqı” koalisiyasının İstanbul Böyük Bələdiyyəsi sədrliyinə namizəd seçilib. Seçki kampaniyası başladığı üçün o, tutduğu vəzifədən istefa verib.

Bu münasibətlə parlamentin bələdiyyə seçkilərində namizəd olmuş üzvlərinin iştirakı ilə qəbul təşkil olunub. Qəbulda çıxış edən spiker deputatlardan halallıq istəyib. B.Yıldırım Türkiyədə sonuncu baş nazir və yeni prezident idarəçiliyi sistemində 600 nəfər üzvü olan parlamentin ilk sədri kimi tarixə düşüb.

Artıq Binəli bəyin postuna yeni namizəd müəyyən olunub. Türkiyə parlamenti sədrinin səlahiyyətlərini müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından olan deputat Cəlal Adan icra edəcək. Fevralın 19-da Binəli Yıldırım səlahiyyətlərini C.Adana təhvil verib. Bununla bağlı keçirilən tədbirdə B.Yıldırım deyib ki, məclisə yeni sədr seçilənədək C.Adan sədr səlahiyyətlərini yerinə yetirəcək. Fevralın 24-də isə Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçiləcək.

Qeyd edək ki, prosedura əsasən qarşıdakı günlərdə parlament partiyaları spiker postuna namizədlərini müəyyən edəcəklər. Daha sonra isə parlamentin iclasında namizədlər səsverməyə çıxarılacaq. Bir qayda olaraq parlamentin spikeri ən çox mandata sahib olan partiyanın nümayəndəsi seçilir. Hazırda bilindiyi kimi, parlamentdə çoxluğu AKP və onun müttəfiqi olan MHP-nin birləşdiyi “Cumhur İttifaqı” əlində saxlayır. Bu baxımdan parlamentin yeni spikerinin bu ittifaqdan, yəni MHP və ya AKP-dən olması gözlənilir. Bəzi iddialara görə, AKP və MHP arasında spikerin MHP-dən olması ilə bağlı danışıqlar var. O da bildirilir ki, əgər müvafiq razılıq əldə olunarsa, MHP-nin daha uyğun namizədi bu dəfə spiker seçilə bilər.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar