Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Qarabağla bağlı nə etmək istəyir? - Şərh

"Paşinyanın hazırda əsas hədəfi rəqiblərinin (Qarabağ klanının və Daşnaksütyun Partiyasının) Qarabağ üzərindən ona zərbə endirməsini əngəlləməkdir"

"Bu çərçivədə o, ölkə daxilindəki rəqiblərinə qarşı xalqa güllə atılması (1 mart hadisələri) və korrupsiya mövzulu cinayət işləri prosesindən əsas silah kimi istifadə edir".

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, yeni hakimiyyətin əsas hədəflərindən biri də Qarabağ separatçılarının Ermənistan daxilindəki Paşinyan əleyhdarı qrupların təsirində qalmasına, həm onlar, həm də Rusiya tərəfindən iqtidar əleyhinə istifadə edilməsinə mane olmaqdır:

“Bu çərçivədə 3 addım atılması gözlənilir. İlk addım separatçıları Azərbaycanla müzakirə masasına oturtmaqdır ki, bunun da 3 mənası var: birincisi, müzakirələrdə veriləcək güzəştlərdə məsuliyyəti onlarla paylaşmaq; ikincisi, separatçıları xəyalpərəstlikdən uzaqlaşdırmaq və real mənzərəni görməyə məcbur etmək; üçüncüsü, Azərbaycana qarşı manevr imkanı əldə etmək. Paşinyanın digər bir məqsədi separatçıları müxtəlif təşviq və təzyiqlərlə öz tərəfinə çəkmək və bununla da Qarabağdakı separatçıların komandasında qısa vədədə özünə uyğun dəyişikliklər etməkdir. O, orta və uzun vədədə komandanı bütövlükdə dəyişdirməyə çalışacaq”.

Ekspertin sözlərinə görə, Paşinyan hökuməti Ermənistandakı ordu və təhlükəsizlik qüvvələrini, Qarabağ məsələsində qarşısını almayacaq formada, nəzarətə götürmək istəyir:

“Erməni tərəfi Qarabağ müzakirələrində Kremlə meydan oxuyacaq formada davranmamaq və bunun üçün də Rusiyanın təşəbbüskar olduğu Qarabağ müzakirələrindən imtina etməməklə, Minsk Qrupu formatında müzakirələrdə iştiraka davam etmək niyyətindədir. Azərbaycanla ikili formatda müzakirələri daha sıxlaşdırmaq ehtimalı da yüksəkdir. Çünki həlledici müzakirələrin əvvəlcə bu formada getməsi daha məqsədəuyğundur. Bu addımlar uzun, çətin və ağrılı prosesdir. Bu çərçivədə Paşinyanın 2019-cu il ərzində Qarabağ barədə böyük, konkret addımlar atması zəif ehtimaldır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar