Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ daha bir ölkədən hərbçilərini çıxara bilər

ABŞ prezidentinin İraq üzrə müşaviri Joey Hood İraqın paytaxtı Bağdadda keçirdiyi mətbuat konfransında mərkəzi hökumətin tələbi ilə bu ölkədəki hərbi qüvvələri geri çağıra biləcəklərini qeyd edib

"İraq hökuməti tələb edərsə ABŞ hərbçiləri, beynəlxalq koalisiya və NATO qüvvələri ölkədən çıxarılacaqlar", deyə Joey Hood bildirib.

Hood İraqda hər hansı hərbi bazalarının olmadığını deyib. Əlavə edib ki, 5200 ABŞ əsgəri mərkəzi ordu ilə birgə hərəkət edir: "İraq ordusu kənar hərbi məsləhətçilər olmadan təhlükəsizliyi təmin etmək gücündə deyil

Daha öncə ABŞ Prezidenti Donald Tramp İranı təqib etmək üçün İraqdakı hərbi mövcudluqlarını qoruyacaqlarını açıqlayıb. ABŞ prezidenti İraqda hərbi bazalarının olduğunu deyib. Amma sonra ABŞİraq rəsmiləri bu məlumatı təkzib ediblər.

2003-cü ildə İraqın işğalı prosesində ABŞ-ın 165 min hərbçisi iştirak edib. 2011-ci ildə Barak Obamanın təlimatı ilə ordu geri çağırılıb.

İŞİD-ə qarşı mübarizə aparmaq üçün 2014-cü ilin oktyabrında İraqın baş naziri Nuri əl-Malikinin çağırışı ilə ABŞ yenidən bu ölkəyə əsgər göndərib. (teleqraf.com)

pia.az


Etiket: ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar