Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2032-ci il Olimpiadasını keçirmək istəyən ölkələrin sayı artıb

2032-ci ildə keçiriləcək Olimpiya Oyunları İndoneziyada baş tuta bilər

Ötən ilin avqustunda Asiya Oyunlarını paytaxt Cakarta və Palembanq şəhərində keçirmiş İndoneziya Milli Olimpiya Komitəsi (MOK) rəsmi şəkildə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib.

Bunu İndoneziya MOK-un sədr müavini Muddai Madanq deyib. Müraciət məktubu ötən həftə İndoneziya prezidenti Coko Vidodo və yerli MOK adından İsveçrədəki səfirlik vasitəsilə mənzil-qərargahı Lozannada olan BOK-a çatdırılıb.

Onu da bildirək ki, Hindistan, Avstraliya, Rusiya, o cümlədən, KXDR və Koreya Respublikası birgə Olimpiadanı keçirməkdə maraqlıdır. Lakin mütəxəssislər bildirir ki, İndoneziyadakı korrupsiya bu ölkənin şanslarını azaldır.

2016-cı il Rio Olimpiadası Braziliyaya 20 milyard dollara başa gəlmişdi. Baxmayaraq ki, 2030-cu ildə İndoneziyanın iqtisadiyyatına görə dünyanın on ən güclü dövləti arasında olacağı və 300 milyona yaxın əhalisinin olacağı proqnozlaşdırılsa da, bu qədər məbləğin xərclənməsi etirazlara səbəb ola bilər.

Qeyd edək ki, Yay Olimpiadası heç vaxt Cənub-Şərqi Asiya ölkələrində keçirilməyib. Əgər 2025-ci ildə ev sahibliyi təsdiqlənsə, İndoneziya o zaman Yaponiya, Çin və Koreyadan sonra Olimpiadanı keçirəcək dördüncü Asiya ölkəsi olacaq.

2020-ci il Olimpiadası Yaponiyanın paytaxtı Tokioda, 2024-cü il Fransanın mərkəzi şəhəri Parisdə və 2028-ci il ABŞ-ın Los-Anceles şəhərində baş tutacaq.(oxu.az)

pia.az


Etiket: Olimpiada

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar