Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qısa zaman kəsiyində bu sahədəki narazılıq ortadan qalxacaq"

“Prezidentin yeni binaların sənədləşməsi ilə bağlı fərmanı ciddi əhəmiyyət kəsb edir. Bu, uzun illərdən bəri çoxsaylı soydaşlarımızı narahat edən problemlərin birdəfəlik və həmişəlik həlli üçün imzalanmış sənəddir”

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı “Yeni Sabah”a açıqlamasında deyib. O bildirib ki, ölkə prezidenti artıq yanvardan başlayaraq ciddi sərəncam və fərmanlara imza atır:

“Bilirsiniz, bundan öncə aztəminatlı insanlara, pensiyaçılara, eyni zamanda tələbələrə verilən təqaüdlərin artırılması ilə bağlı mühüm qərarlar verilib. Yeni binaların sənədləşməsi ilə bağlı fərman da gözlənilən idi. Prezident cəmiyyətdə özünü göstərən bu və ya buna bənzər zəruri, aktual məsələləri hər zaman diqqətdə saxlayır, müvafiq addımlar atır. Düşünürəm ki, yeni fərmanla bir çox insanın narahatlığına son qoyulacaq. Bu sənəddə həm də həmin mənzillərin istismara verilməsi qaydası xeyli dərəcədə sadələşdirilib.

Bunu reallaşdırmaq üçün konkret icra strukturlarına tapşırıqlar verilib. Bir sözlə, vətəndaşlar istismara verilmiş mənzillərinin sahibi olacaqlar. Daha bir üstün cəhət odur ki, bu proses tam şəffaf şəkildə, hər hansı süründürməçiliyə, neqativ hala yol vermədən yerinə yetiriləcək. Bunlar haqqında bütün məlumatlar qısa zaman kəsiyində ölkə prezidentinə təqdim olunacaq. Əminəm ki, bundan sonra da cəmiyyətimizi narahat edən məsələlər prezidentin kompleks sərəncam, qərarları ilə aradan qaldırılacaq”.

F.Ağamalı qeyd edib ki, problemlər istiqamətində millət vəkillərinin söylədiyi bütün fikirlər xeyirxah məqsəd daşıyır:

“Elə binalar var ki, tamamlanıb, amma istismara verilməyib. Bütün işləri hazır olan, sadəcə olaraq istismara verilməyən mənzillərlə bağlı bu və ya digər strukturların fərqli yanaşmaları var idi. Yeni fərmanla prezident müxtəlif yanaşmaları sistemləşdirdi və konkret olaraq qurumlar qarşısına vəzifələr qoydu.

Bu və ya digər səbəbdən tikintilərin dayandırılması ilə bağlı hallar da ölkə başçısı tərəfindən xüsusi tapşırıq verilərək araşdırılır. Qısa zaman kəsiyində də bu sahədəki narazılıq ortadan qalxacaq. Qaydalara, standartlara cavab verən tikinti işləri əlbəttə, davam edəcək. Kimsə standartlara uyğun hərəkət etmirsə, layihədən kənara çıxırsa – hesab edirəm, onlara da öz layihələrində düzəliş etməklərinə imkan veriləcək ki, bütövlükdə tikinti sektorunda iş daha canlı olsun.

Millət vəkillərinin söylədiyi bütün fikirlər xeyirxah məqsəd daşıyır. Burada kiminsə ünvanına subyektiv münasibətimiz ola bilməz. Şəxsən mənim belə münasibətim yoxdur. Mən ölkə prezidentinin siyasətini bütün varlığımla müdafiə edən, onun reallaşması üçün millət vəkili, vətəndaş olaraq fəaliyyətini ortaya qoyanlardanam. Bu baxımdan arzulayardım ki, mənim xeyirxah, dövlətçiliyimizə və prezidentimizin siyasətinə xidmət edən mövqeyimin kiminsə ünvanına deyilmiş olan subyektiv münasibət kimi dəyərləndirilməsin”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar