Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Ölkəmizdə hər zaman innovativ ideyalara, bir çox layihələrə dəstək verən şirkət kimi tanınan Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Şirkətdən daxil olan məlumata görə, festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, eləcə də mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Yaşından asılı olmayaraq hər bir kəs sevdiyi Azərbaycan müəllifinin əsərinə buktreyler çəkib, onu festivalın rəsmi internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə yarışmada iştirak edə bilər. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasıdır.

Bu ilki IV Buktreyler Festivalı iştirakçılar üçün bir yenilik təqdim edir. Belə ki, layihənin əsas tərəfdaşı olan ölkənin lider operatoru Azercell şirkəti “Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə 1.000 AZN pul mükafatı ayırmışdır. Hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkib, bu nominasiya üzrə festivala müraciət etməklə 1.000 AZN məbləğində mükafat qazanmaq şansını əldə edə bilər.

Bir iştirakçı tərəfindən təqdim olunan buktreylerin sayına məhdudiyyət qoyulmur. İştirak şərtləri və tələbləri haqda məlumatı www.booktrailer.az rəsmi internet səhifəsindən və ya https://www.facebook.com/BooktrailerFest/ Facebook səhifəsindən əldə etmək olar. Həmçinin yaranmış bütün suallarla bağlı [email protected] email ünvanına müraciət etmək mümkündür.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən 1-ci yerin qailibi 1000 AZN, 2-ci yerin 2 qalibi 800 AZN, 3-cü yerin 3 qalibi 500 AZN dəyərində mükafat qazanacaq. Mobil telefonla buktreyler çəkmiş qalibi isə Azercell şirkəti tərəfindən “Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə 1.000 AZN pul mükafatı gözləyir.

Buktreylerlərin son qəbul tarixi 1 aprel, 2019-cu ildir.

pia.az


Etiket: Azercell

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar