Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəb direktoru əlavə korpus tikmək üçün valideynlərdən pul yığır – İddia

Məktəb direktoru əlavə korpus tikmək üçün valideynlərdən pul yığır

Bakı şəhəri, Sabunçu rayonu, Ramana 450 ünvanında (Şuşa şəhərciyi adlanan ərazidə) yerləşən Xankəndi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza şikayət daxil olub.

Adının çəkilməsini istəməyən valideynlərdən biri Hurriyyet.org-a bildirib ki, hazırda sözügedən məktəbdə direktor əvəzi çalışan Cəmilə xanım (soyadını dəqiqləşdirə bilmədik – red.) sinif otaqlarında şagirdlərini sıxlığını əsas gətirərək, məktəbin yanındakı boş ərazidə yeni korpus tikdirmək istəyir. Maraqlıdır ki, Cəmilə xanım bu korpusu dövlət hesabına deyil, böyük əksəriyyəti maddi cəhətdən imkansız olan valideynlərin pulu ilə tikdirmək niyyətindədir.

Məlumata görə, direktor xanım dünən bu məqsədlə valideynəri məktəbə toplayaraq, onlardan yeni korpusun tikintisi üçün maliyyə dəstəyi istəyib. O deyib ki, kimin imkanı nəyə çatır, ona uyğun məktəbin əlavə korpusunun tikintisinə dəstək olsun.

Valideynlər deyir ki, hazırda məktəbdə 800 nəfərə yaxın şagird təhsil alır. Direktor fevral ayından etibarən pul yığımına başlayıb. O, bəyan edib ki, hər şagirdin valideyni müəyyən qədər dəstək olarsa, əlavə korpusun tikintisi qısa müddətdə başa çatdırmaq olar.

Qeyd edək ki, məsələ ilə bağlı sözügedən məktəbini direktor əvəzi Cəmilə xanımla və Təhsil Nazirliyi ilə əlaqə yaratmaq cəhdlərimizi alınmadı. Gün ərzində məsələyə aydınlıq gətiməyə çalışacağıq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar