Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ uyğur məsələsində Türkiyəni dəstəklədi

“Çin 2017-ci ilin aprelindən indiyədək 800 min - 2 milyon uyğuru və başqa müsəlman azlığa mənsub qrupları kütləvi düşərgələrdə saxlayır”

“Hürriyet” xəbər verir ki, məlumat ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində yayılıb.

Bildirilib ki, ABŞ Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasına qoşulur. Həmin açıqlamada vurğulanmışdı: “Özbaşına həbslərə məruz qalan bir milyondan çox uyğur türkünün kütləvi düşərgələrdə, həbsxanalarda işgəncə və siyasi cəhətdən beyinyuma hallarına məruz qalması artıq bir sirr deyil”.

Xatırladaq ki, Mərkəzi Asiya ölkələrinin Çin Xalq Respublikasındakı səfirliklərinin diplomatlarından ibarət heyət Sincan-Uyğur Muxtar Bölgəsi hökumətinin dəvəti ilə əyalətin Urumçi, Kaşqar və Xotan şəhərlərinə səfər ediblər.

Qeyd edək ki, müsəlman uyğur türklərinə qarşı Çin hakimiyyətinin yürütdüyü assimilyasiya siyasəti ilə bağlı çoxsaylı informasiyalar yayılır. Rəsmi Pekin isə bu kimi ittihamları rədd edir. Bu yaxınlarda İndoneziya "siyasi yenidən tərbiyələndirmə düşərgələri" barədə rəsmi Pekinə sorğu göndərmişdi. Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb. Yeri gəlmişkən, Sincan-Uyğur Muxtar Bölgəsində uyğur ailələrini ziyarət etmiş məmur qonaqların sayı açıqlanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar