Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Britaniyada liberalizmin çöküşü - Bu terrora qarşı bir çarə ola bilər?

Britaniyada terroristlərin saytlarına girənlər həbs olunacaq

Bir dəfə təsadüfən, ya da məlumat toplamaq üçün teroristlərə bağlı saytlara girən insanları bundan sonra Britaniyada bir neçə il həbs cəzası gözləyir.

Politoloq: “Terroristlərin saytlarına giriş edən şəxsləri həbs etmək insan azadlığının və onun məlumatlanmaq hüququnun kobud şəkildə pozulmasıdır və hakimiyyətin təbii insan haqqlarına müdaxiləsidir”.

“Böyük Britaniya dünyada öz hegemonluğunu artırmaq, əvvəlki mövqeyinə qayıtmaq üçün ciddi siyasi kardinal dəyişikliklər edir. “Brexit” planı, Avropa İttifaqı ilə iqtisadi və siyasi inteqrasiyadan çıxmaq cəhdləri, qalmaqallı qanunlar məhz buna hesablanıb”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Böyük Britaniyada terrorizmi yayan saytlara daxil olan şəxslərin həbs olunmasını nəzərdə tutan qalmaqallı qanunun qəbul edilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Böyük Britaniyada terrorizmi yayan saytlara daxil olan şəxslərin həbs olunmasını nəzərdə tutan qalmaqallı qanun kraliça Yelizaveta tərəfindən imzalanıb. Qeyd edək ki, Böyük Britaniya parlamentinin qəbul etdiyi qanuna əsasən teroristlərə baağlı olan saytlara sadəcə bir dəfə girmək Britaniya vətəndaşlarına bir neçə il həbsxanada keçirməsi ilə nəticələə bilər. Qanun layihəsində terroristlərin saytına 3 dəfə daxil oldqda həbs cəzası nəzərdə tutlsa da, parlamentarilər bunu bir dəfəyə qədər endirmək haqqında qərar veriblər və bu da həm Britaniyada, həm də Avropada birmənalı qarşılanmayıb. Bu qalmaqallı qanun bir çox hüquq müdafiəçiləri tərəfindən azadlıqların məhdudlaşdırılması kimi dəyərləndirilib. Ən maraqlısı odur ki, bir dəfə təsadüfən, ya da bilmədən teroristlərə bağlı saytlara girən insanları bundan sonra Britaniyada həbs cəzası gözləyir.

2000-ci ildə terrorizmə qarşı mübarizə qanunuda isə ancaq terrorrizmlə bağlı materiallar, informasiyalar, ədəbiyyatlar, həmçinin teror zamanı istifadə olunan əşya və maddlər aşkarlandıqda həmin vətəndaşı haəbs eləmək mümkündür. Britaniya höküməti isə qanuna yeni edilən düzəlişləri terorizmin yayılmasının qarşısının alınması məqsədi daşıdığını bildirir.

Qeyd edək ki, yeni düzəlişdə istisna olaraq ancaq jurnalistlərin terroristlərin saytlarlna girməsi cəzasız qalacaq.

Liberal dəyərləri və qanunları ilə ilə seçilən Britaniyada belə bir qanun qəbul olunmasını azadlıqların məhdudlaşdırılması kimi dəyərləndirmək olarmı? Ümumiyyətlə bu tipli qanunların qəbulu terrorizmin yayılmasının və terror aktlarının qarşısını alır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “London 21-ci əsrdə dünya nizamının formalaşmasında əsas rol almaq niyyətindədir. Avropa Birliyinin tərkibində olaraq bunu reallaşdırmaq isə bir qədər çətindir”.

Politoloq hesab edir ki, özünə libaral, demokratik bir ölkə deyən və insan haqqlarına tam sadiq olduğunu vurğulayan bir dövlətin liberal və hüququ dəyərləri tapdalaması doğru ola bilməz və həmin ölkənin digər ölkələrdən bu dəyərlərə hörmət olunmasını tələb etməsi heç dı müsbət hal kimi qarşılana bilməz. Həmçinin Məhəmməd Əsədullazadınin fikrincə bu tipli qanunların qəbulu terrorun qarşısını ala bilməz:

“Böyük Britaniya dünyada öz hegemonluğunu artırmaq, əvvəlki mövqeyinə qayıtmaq üçün ciddi siyasi kardinal dəyişikliklər edir. “Brexit” planı, Avropa İttifaqı ilə iqtisadi və siyasi inteqrasiyadan çıxmaq cəhdləri, qalmaqallı qanunlar məhz buna hesablanıb. Rəsmi London 21-ci əsrdə dünya nizamının formalaşmasında əsas rol almaq niyyətindədir. Avropa Birliyinin tərkibində olaraq bunu reallaşdırmaq isə bir qədər çətindir.

Bundan əlavə, biz görürük ki, Avropada terrorizm, irqçiliyin, kisonofobiya, sol meyilli, ultra sağçılar cərəyanı inkişaf edərək, bir növ terrorizmin yayılması və inkişafına xidmət edir. Britaniyanın bu cür qanunlar qəbul etməsi bununla bağlıdır. Çünki, bu ölkədə dəfələrlə terror aktları törədilib.

Məhəmməd Əsədullazadə: “Bu qanun Britaniyada heç də terrorun qarşısının alınmasına deyil, daha çox aqressiya yaranmasına xidmət edəcək”.

Buna baxmayaraq bu kimi saytlara girənlərin həbsi isə, qalmaqallı qanundur. Həmin saytlara ola bilsin ki, insanlar müxtılif səbələrdən, ya da təsadüfən girsinlər. Bu terror təşkilatları haqqında məlumat əldə etmək, tanımaq üçün ola bilər. Terroristlərin saytlarına giriş edən şəxsləri həbs etmək insan azadlığının və onun məlumatlanmaq hüququnun kobud şəkildə pozulmasıdır və hakimiyyətin təbii insan haqqlarına müdaxiləsidir.

Ona görə də Britaniya dünyada öz reytinqini, siyasi-hərbi mövqeyinin genişlənməsi üçün öncədən onun siyasətinə qarşı bu kimi teraktların qarşısını almağı planlayır. Hesab edirəm ki, bu qanun Britaniyada heç də terrorun qarşısının alınmasına deyil, daha çox aqressiya yaranmasına xidmət edəcək. Britaniya belə saytların yalnız bloklanmasını həyata keçirə bilər və bu normal qəbul oluna bilər. Lakin hansısa sayta girdiyinə görə insanları bir neçə il azadlıqdan məhrum etmək absurrdur.

Özünə libaral, demokratik bir ölkə deyən və insan haqqlarına tam sadiq olduğunu vurğulayan bir dövlətin liberal və hüququ dəyərləri tapdalaması doğru ola bilməz və həmin ölkənin digər ölkələrdən bu dəyərlərə hörmət olunmasını tələb etməsi heç dı müsbət hal kimi qarşılana bilməz. Onsuz da heç bir halda bu tipli qanunların qəbulu terrorun qarşısını ala bilməyəcək”.

Nərminə UMUDLU
pia.az

Şərh yazın.

loading...