Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nar" sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir

Ölkənin ən gənc mobil operatoru olan "Nar" abunəçilərinə Çağrı Mərkəzləri, nar.az internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir

Belə ki, sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin 30%-ə qədəri 1 dəqiqə, 60%-ə qədəri isə 10 dəqiqə ərzində cavablandırılır. Ümumilikdə, "Nar"-ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 6 dəqiqə ərzində cavab verilir. Son 1 il ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə abunəçilər tərəfindən 218 mindən çox müraciət daxil olub.

Qeyd edək ki, "Nar" sosial şəbəkələr üzərindən tam müştəri xidməti göstərən ilk telekommunikasiya şirkətidir. Mobil operatorun abunəçiləri hər hansı sual yarandıqda çağrı mərkəzinə getmədən, alternativ olaraq mobil operatorun sosial media səhifələrində də yüksəkkeyfiyyətli xidmətdən (balans haqqında məlumat, şəbəkə/internet çətinliklərinin aradan qaldırılması, "Nar"-ın xidmətləri, tarifləri, internet paketləri haqqında ərtaflı məlumat, nömrələr üzərində əməliyyat, gələn mesajlar haqqında ətraflı məlumat, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s.) yararlana bilirlər. Belə ki, "Nar" abunəçiləri "Facebook", "Twitter" və "Instagram", eyni zamanda, elektron poçt və onlayn-çat vasitəsilə öz suallarını ünvanlayır və qısa müddət ərzində mobil operatorun sosial media komandası tərəfindən cavab alırlar. Bununla da abunəçilər vaxtlarına qənaət edərək istənilən zaman və məkanda "Nar" məhsul və xidmətlərinə dair sorğularına ətraflı cavab ala bilirlər.

Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar