Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cinayət Məcəlləsinə yeni maddə əlavə edildi

Azərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil edənlər cəzalanacaqlar

PİA.AZ “Report”a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan dəyişiklik layihəsinə əsasən, Cinayət Məcəlləsinə yeni – 233-4-cü (Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili) maddəsi əlavə olunub.

Maddəyə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın 2 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə işslah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllərv təkrar, xeyli miqdarda ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulan ziyanın 2 mislinədən 3 mislinədək miqdarda cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

Bu əməllər külli miqdarda ziyan vurmaqla, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulan ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Layihə bildirilib ki, maddə “Müvafiq qurğu” dedikdə, mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu, “Əhəmiyyətli zərər” dedikdə, dövlət təhlükəsizliyinə təhdid yaradan zərərin vurulması, yaxud fiziki və ya hüquqi şəxslərə 10 min manatdan yuxarı, lakin 50 min manatdan artıq olmayan məbləğdə zərərin vurulması, “Xeyli miqdar” dedikdə, 50 min manatdan yuxarı, lakin 100 min manatdan artıq olmayan məbləğ, “Külli miqdar” dedikdə 100 min manatdan yuxarı olan məbləğ başa düşülür.

Qeyd olunub ki, son illərdə aparılan təhlillər nəticəsində müəyyən edilib ki, ölkədə olan ümumi telekommunikasiya şəbəkəsinə, xüsusilə mobil şəbəkəyə “Simboks” adlanan avadanlıqlar vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiyaxidmətlərinin təşkil edilməsi halları artmaqdadır. Belə qanunsuz beynəlxalq telekommunikasiya kanallarının yaradılması fiziki və hüquqi şəxslərə əhəmiyyətli ziyan vurulmasına səbəb olur. Eyni zamanda qeyd edilən əməlləri həyata keçirən şəxslər beynəlxalq danışıqlar təşkil etməklə qeyri-qanuni qazanc əldə edirlər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib. Burada cərimələrin aşağı həddi 2 500, yuxarı həddi isə 10 000 manatdır.

Dəyişiklik layihəsi müzakirə olunub, sonra səsverməyə çıxarılaraq qəbul edilib.

pia.az


Etiket: Milli Məclis

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar