Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Fazil Mustafa hökumətə səsləndi

"Elə vəziyyət yarana bilər ki, insanların kiçik narazılığından istifadə edilə bilər"

“Ölkədə ələbaxımlı vətəndaşların sayını artırmaq dövlətimizin siyasətinə uyğun deyil. Bizi haqsız rəqabət, inhisarçılıqla bağlı vəziyyət narahat edir”.

Bu sözləri millət vəkili Fazil Mustafa “Əmək pensiyaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bəzi sahələr istisna olmaqla, inhisarçılıq yavaş-yavaş aradan qaldırılmalıdır:

“Tikinti sektorunda vəziyyət bəllidir. Xarici investorların ölkəyə gəlməsinə imkan yaratmalıyıq. Ölkədə turizm mərkəzləri açılır. Lakin onlar daha çox dövlətin dəstəyi əsasında fəaliyyətə başlayır.

Əlbəttə, pensiyaları artırmaq aztəminatlı ailə üçün vacibdir. Digər tərəfdən, biz yeni imkanlar üçün yol açmalıyıq. Bir vaxtlar kiçik problemlərini həll etməyən dövlətlər sonradan ciddi problemlər yaşadılar. Düzdür, Azərbaycanda vəziyyət stabildir. Lakin elə vəziyyət yarana bilər ki, insanların kiçik narazılığından istifadə edilə bilər. Bu baxımdan ən yaxın zamanda Rəqabət Məcəlləsi qəbul edilməlidir. Hansı sahibkarın, investorun hüququ pozulursa, qısa zamanda bu problem aradan qaldırılmalıdır”.(Teleqraf.com)

pia.az


Etiket: Fazil Mustafa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar