Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici media qurumları Türkiyədə niyə güclənir?

Türk ictimai fikri getdikcə onların təsiri ilə formalaşır

Raqib Soylu

“Middle East Eye”, 12.02.2019

Mətbuat azadlığının müntəzəm olaraq təhdid altında olduğu deyilən, Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunun azalması isə təkzib olunmadığı dövrdə, xarici media şirkətlərinin ölkədən qaçması gözlənilə bilər. Amma əslində, bunun əksi baş verir.

Dövlət tərəfindən dəstəklənən bir sıra xarici kütləvi informasiya vasitələri son illərdə Türkiyədə fəaliyyətlərini genişləndirməyə başlayıblar. Çin, Almaniya, RusiyaAzərbaycan şirkətləri radio, internet saytları, onlayn portallar və hətta xəbər kanalı qurublar.

Almaniya dövləti tərəfindən maliyyələşdirilən “Deutsche Welle Türkce” keçən il İstanbulda onlayn xəbər portalı açıb. Türkdilli televiziya qurma planları da var.

Bu arada, Riyadın dəstəklədiyi Səudiyyə Tədqiqat və Marketinq Qrupu keçən il Türk versiyası yaratmaq üçün Londonda müstəqil xəbər saytı ilə müqavilə imzalayıb.

KİV-in monitorinqini aparan “Sərhədsiz reportyorlar” 2018-ci ildə mətbuat azadlığı indeksi üzrə Türkiyəni 180 ölkə arasında 157-ci sıraya qoyub.

Tanınmış türk media tənqidçisi Alper Görmüs bildirib ki, türk ictimai fikri Rusiyanın “Sputnik Türkiye”, Böyük Britaniyanın “BBC Türkce” və ya Almaniyanın “Deutsche Well Türkce” kimi mənbələrindən asılıdır, çünki hökumətin nəzarətində olan mətbuata olan güvən çox aşağıdır.

Görmüşün sözlərinə görə, şərait 1980-ci illərdə Türkiyədə baş vermiş çevrilişdən sonrakı dövrə çox oxşayır: “Hökumət tərəfdarlarının özü iqtidarpərəst qəzetləri oxumur, ən yaxşı satılan qəzetlər hökumət dostu olan iş adamları tərəfindən satın alındıqdan sonra tirajlarını itirib”.

Çin prezidenti Si Zinpin haqqında bütün qorxulu hekayətlərə baxmayaraq, yol getdiyim taksinin 40 yaşlı sürücüsü Çin dövlətinin “CRI Türk” radiosunu dinlədiyini söyləyib.

Mühüm oyunçu

Hətta Azərbaycan bu “oyun”un iştirakçısıdır. Təşəbbüsdən xəbərdar olan bir qaynaq MEE-ya bildirib ki, ötən il mrkəzi ofisi Bakıda yerləşən “Global Media Corporation” Azərbaycan hökumətinin göstərişi ilə “Global Haber” xəbər kanalı açıb.

“Əslində, hər şeyin bir mənası var. On illərlə bundan əvvəlki vəziyyətlə müqayisədə, Türkiyə daha mühüm bir oyunçudur, – anonim qalmağı üstün tutan bir türk veteran jurnalisti bildirib. – Xarici hökumətlər ictimai fikrə təsir etmək istəyirlər. Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollar sərmayə qoymağı planlaşdırır. SOCAR “Star” neft emalı zavodu üçün milyardlarla dollar sərf edib. Onlar da öz maraqlarını müdafiə etmək istəyirlər”.

Ankara mərkəzli mühafizəkar düşüncə quruluşu SETA-nın analitiki İsmayıl Çağlar deyir ki, Türkiyənin bölgədəki artan nüfuzu xarici dövətlərin diqqətini çəkir. Onun sözlərinə görə, xarici şirkətlər Türkiyə mediasını investisiyalaşdırmaqla, öz fikirlərini yaymaq və daxili siyasi müzakirələrdə iştirak etmək istəyirlər: “İnanırsız ki, “The Independent Turkish” türk vətəndaşlarına obyektiv məlumat vermək üçün qurulur? Hər hansı bir digər mediada olduğu kimi, burada da xarici ölkələr maraq qrupunu təmsil edirlər”.

ABŞ hökumətinin maliyyələşdirdiyi düşüncə quruluşu “Rand Corporation”-ın ötənilki hesabatında “Sputnik Türkiye” və digər rus mətbuatının Türkiyə və onun qərbli müttəfiqləri arasında qarşılıqlı şübhə yaratmaqla, NATO-ya zərbə vurmağa çalışdığı, Ankaranın dəstəyini alaraq Yaxın Şərqdə Rusiyanın hərəkətlərinə müxalifliyə maneçilik törətdiyi qeyd olunub.

“Rand Corporation”-ın məlumatına görə, Rusiya mətbuatı 2015-ci ilin noyabrında Türkiyənin hava məkanına girmiş “Su-24” bombardmançı təyyarəsinin vurulmasından sonra Türkiyəyə qarşı sərt şəkildə çıxış edib: “Türkiyə və onun rəhbərlərinin İŞİD-dən qeyri-qanuni neft alışında iştirakçı, terrorçuların tərəfdaşları olması barədə materiallar hazırlayıblar”.

Məsələn, “Sputnik Türkiye” 2 dekabr 2015-ci il tarixində “Rusiya: Ərdoğan və ailəsi İŞİD-in Suriyadan qeyri-qanun neft təchizatı ilə bağlıdır” başlığı ilə bir məqalə dərc edib.

Türkiyə daha sonra “Sputnik Türkiye” veb-saytının fəaliyyəini qadağan edib, büro başçısının iş icazəsi və vizası ləğv olunub, lakin “Sputnik Türkiye” radiosu yayımını dayandırmayıb. 2016-cı ildə iki ölkə arasındakı yaxınlaşmanın ardınca “Sputnik Türkiye”-nin veb səhifəsi yenidən sərbəst şəkildə fəaliyyətə başlayıb. Onun “Twitter” hesabı təxminən 600 min izləyiciyə malikdir.

Yavuz Oğan, “Sputnik Turkiye”-dəki radioda axşam şousunun təcrübəli aparıcıı rəhbərlərindən heç bir əmr və ya göstəriş almadıqlarını söyləyib: “Hətta böhran dövründə şouya təsir göstərmək üçün heç bir təzyiq və ya ona oxşar cəhd yox idi. Mən şouya istənilən adamı qonaq dəvət edə bilirdim… “Sputnik”də insanlara söylədim ki, məni işə götürmək istəsələr, redaksiya müstəqilliyi verməlidirlər. Onlar bu günə qədər verdikləri vədə sadiq qalıb, bu da etibarlılıq yaradır”.

2015-ci il “Sputnik”in redaksiya mövqeyi ilə bağlı müzakirələrin son tarixi deyil. 2017-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hökumətinin təşkil etdiyi konstitusiya referendumu zamanı bu müzakirələr yenidən ortaya çıxıb.

Türkiyə və Rusiya əlaqələri qısa zamanda bərpa etsələr də, Vaşinqtonda yerləşən Atlantik Şurasının hesabatına əsasən, “Sputnik Türkiye” Ankara hökumətinə zidd olan “Yox” kampaniyasına dəstəyi dayandırmayıb.

Hesabata görə, bu yanaşmanın izahı “oxucuları “Sputnik Türkiye”-yə sarı çəkmək istəyi” ola bilər: “Türklər sıx nəzarət edilən media mühitində yeni perspektivlər və alternativ məlumat mənbəyi axtardığından, “Sputnik Türkiye” daxili məsələlərlə bağlı açıq-aşkar şəffaf əhatə dairəsi ilə oxucuları cəlb edir”.

Anonimlik şərti ilə danışan “Sputnik Türkiye”-nin sabiq işçi deyib ki, agentlik Türk hökumətini tənqid edir, çünki orada çalışan jurnalistlərin əksəriyyəti müxalifətçidir, bəziləri hökumətin təzyiqi ucbatından əvvəlki iş yerlərini itirib: “Bundan əlavə, daha geniş auditoriyaya çatmaq istəyirsənsə, tənqidi ruhda olmalısınız. İnanın, heç bir sifariş və ya göstəriş yox idi. Hamımız Türkiyə hökumətinə qarşı çıxdıq və materialları da bu ruhda hazırlayırdıq”.

“Qərəsizlik şübhəlidir”

Almaniyanın “Deutsche Welle Türkce”-si də tənqidi xətti izləyir. “YouTube”-da yayımlanan xəbərlərdən tanınan jurnalist Nevşin Mengu də son dövrdə onun sıralarına qatılıb.

Mengu açıq-aşkar tənqidi üslubu ilə tanınır. “DW Türkce” son payız mövsümündə ürkdilli TV xəbər kanalı qurmağı planlaşdırdığını açıqlayıb. Hazırda onun materiallarında diqqət inflyasiyanın yüksəlməsi və insan haqları pozuntularına cəmlənib.

İstanbulda fəaliyyət göstərən İbn Haldun Universitetində media və kommunikasiya kafedrasının dosenti Taner Doğan “MEE”-ya bildirib ki, “Deutsche Welle”-nin redaksiya xətti anti-Türkiyə anlayışına əsaslanır: “İfadə azadlığı, insan haqlarına hörmət prinsipləri vurğulansa da, Türk platformasında əhatə olunan materiallar əsasən qərəzsiz xəbərlərdən uzaq olan tənqidi və populist perspektivdir və xəbərlərin qərəzsiz işıqlandırılmasından çox uzaqdır”.

Doğanın fikrincə, Türkiyədəki əsas mətbuat hökumət mənbəli olsa da, rəqəmsal xəbər platformaları müxtəlif mövqeləri təklif edir.

1939-cu ildən etibarən yayımlanan “BBC Türkce” də mövcud Türk hökumətini tənqid etməklə tanınır. Anonimlik şərti ilə danışan “BBC Türkce”-nin sabiq əməkdaşlarından biri Türk xidmətinin BBC standartlarını dəstəkləməməsi və ümumi qaydalara əməl etməməsi iddiasındadır.

Məsələn, “BBC Turkce”-nin redaktoru Murat Nişancıoğlu tvit atıb ki, britaniyalı siyasətçi Boris Conson “saray təlxəyi” olub, halbuki BBC qaydalarına görə, işçilər ictimai-siyasi mövqelərdən çəkinməlidirlər.

“BBC Türkce”-nin əhatə dairəsi iyulun 2016-cı il çevriliş təşəbbüsündən sonra etiraz doğurub. Xəbər portalı anti-çevriliş nümayişlərinin iştirakçılarını “zorakı moblar” adlandırıb.

“BBC Turkce”-nin “Twitter”-də 3 milyondan çox təqibçisi var.

2018-ci ilin əvvəlində Türkiyənin Suriyadakı Afrin şəhərində bir xəstəxananı bombalamasını göstərən video-xəbərin yalan olduğu sübut edildikdən sonra da o, Türkiyədə böyük etiraz doğurub.

Mövzu ilə əlaqədar hesabat hazırlayan SETA analitiki Çağlar, “BBC Türkce”-ni kadr və operativ məlumatlar məsələsində qeyri-şəffaflığa görə tənqid edib: “Onlar hətta öz heyətində neçə adamın olduğunu etiraf etmək istəmirlər”.

BBC-nin redaktoru şərh verməkdən imtina edib.

Müstəqil xəbər portalı “Gazete Duvar”-ın baş redaktoru Əli Duran Topuz MEE-ya bildirib ki, Türkiyədəki mövcud media strukturu xarici şirkətlərin fəaliyyətini asanlaşdırıb: “Bu, investorlar üçün də maliyyə mənfəəti ola bilər. “Fox”, məsələn, hökuməti yumşaq tənqid edir və mənfəət qazanır. Çox sayda işsiz jurnalist mövcudluğundan həmin quruluşlarda əməkhaqqı da çox aşağıdır”.

Xarici mətbuat orqanları tez-tez əsas mətbuatda yer tapa bilməyən müxalif siyasətçilərə yer ayırır.

Çinin “CRI Türk”, məsələn, ana müxalifətin İstanbul bələdiyyəsinə namizədi Əkrəm İmamoğlunu media platforma ilə təmin edib.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar