Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp-Ərdoğan-Putin üçbucağında Suriya sövdələşməsi: Tələyə düşəcək?

Mehmet Ali Güller

Cumhuriyet (Türkiyə), 18.02.2019

Astana üçlüyünün Soçi sammitinin ən önəmli yekunu Suriyada “bölgəsəl cəbhə”də “təhlükəsizlik zonası”nın yaradılması üçün ABŞ-la sövdələşən Ədalət və İnkişaf Partiyasını (AKP) saxlamaq üçün Moskvanın səylərinin davamı olub.

Bənd-bənd izah edək.

Tələ, yoxsa tələ üçün tələ?

ABŞ prezidenti Donald Trampın Suriyanın şimalında Türkiyə ilə birgə yaratmaq istədiyi “təhlükəsizlik zonası”nı onun qoşunları Suriyadan çıxarmaq qərarı kontekstində Suriyanın şimalında da İraqdakı kimi muxtar bölgə yaratmaqla bağlı ilk tələ sayırıq… AKP hökuməti isə bu tələ üçün öz tələsini qura biləcəyinə ümid edir! Deməli, AKP hökuməti hesab edir ki, bölgə üzərində nəzarət Ankarada olarsa, ora “Demokratik Birlik” Partiyasının (PYD) deyil, Ankaranın təsiri altında Azad Suriya Ordusunun (ASO) muxtar bölgəsi olacaq!

Heç şübhəsiz, İraq təcrübəsiylə yaxşı tanış olanlar üçün aydındır ki, bu, tələ üçün tələ qurumaq deyil, tələyə düşməkdir.

Putinin pazı

Rusiya prezidenti Vladimir Putin AKP-nin bu tələyə düşməsinə yol verməmək üçün “Adana sazişi”ni Ərdoğanın yadına salıb!

Bu, qarşılıqlı öhdəliklərin mövcudluğu şəraitində terrorzimlə mübarizə kontekstində xeyirxah qonşuluq münasibətləri haqqında sazişdir.

Putin Adana sazişi ilə ABŞ-la AKP-nin arasına paz vursa da, Ərdoğan bu sənəddən yapışaraq güman edir ki, Suriyadakı əməliyyatlar üçün ondan hər şeydən qabaq hüquqi əsas kimi yararlana bilər.

Bununla belə, AKP-nin indiki siyasəti baxımından Adana sazişi iki maneəyə malikdir.

1.O, Ankaraya Suriya ərazisində beş kilometr dərinliyə qədər (2010-cu il sazişində dərinliyin hüdudları göstərilmir) ərazidə terrorizmlə mübarizə aparmaq imkanı verir. Amma Türkiyə SQ-nin birləşmələri indi haradasa 70 km dərinlikdə yerləşir.

2.O, tərəflərin qarşılıqlı öhdəliklərini tətbiq edir. Yəni Dəməşqin terrorçu təşkilat saydığı ASO bu durumda Ankara üçün problemli müttəfiqə çevrilir.

Trampın yeni gedişi

Yaxşıdır, amma 2010-ci il 14 dekabr tarixli prinsipial Tramp-Ərdoğan anlaşması tamamilə təxirə salınıb?

Hələlik bunu iddia etmək tezdir. Axı Ağ Evin ilyarım boyunca Ankaraya səfir təyin etməməsi, bu posta namizədi Senata tədqim etməsi və ABŞ və Türkiyə müdafiə nazirləri arasında “təhlükəsizlik zonasına kimin nəzarət edəcəyi” haqda danışıqlar aparması göstərir ki, Ankara və Vaşinqton arasında qabaqkı kimi alver gedir.

Son durum Tramp üçün yeni imkan yaradıb: Suriyanın şimalında ABŞ-ın avropalı müttəfiqləri ilə birlikdə təhlükəsizlik zonasının yaradılması. Tramp belə bir gedişlə sıradakı üstünlükləri əldə edə bilər:

1)Tramp Ərdoğana göstərər ki, onun bu məsələdə tərəfdar axtarışında başqa variantları da var və sövdələşməni davam etdirə bilər;

2) İrana görə AB ilə toqquşan və Polşada Yaxın Şərq üzrə keçirilən konfransda bu problemi aşa bilməyən Tramp “kürdlərin müdafiəsi” zəminində Suriyada öz müttəfiqlərilə birgə hərəkət etmək imkanı əldə edər;

3) plana əsasən, təhlükəsizlik zonasında 1,3 min Britaniya, Fransa və Almaniya, habelə 200 ABŞ hərbçisi yerləşəcək; Tramp bu qayda ilə həm də qoşunların çıxarılmasına qarşı çıxış edən Pentaqonu qismən qane edəcək.

Soçidə Ərdoğana üç siqnal

Və budur, Astana üçlüyünün Soçidə dördüncü sammiti bu şəraitdə baş tutub və Ərdoğana üç siqnal verilib.

1.Türkiyənin məsuliyyət zonasında yerləşən İdlibdəki durum idarəolunmaz olarsa, müdaxilə həyata keçiriləcək.

2.Dəməşqlə dialoqa keçmək gərəkdir.

3.ABŞ-sız təhlükəsizlik zonasına şərti “bəli”.

Ərdoğanın “Biz gələcəyimizi 1998-ci il Adana sazişi çərçivəsində dəyərləndiririk” sözləri göstərir ki, siqnal qəbul edilib…

Bir sözlə, Trampa indi daha böyük kökə gərəkdir!

Nəticə

Kəşfiyyatlar səviyyəsində başlanmış Ankara-Dəməşq dialoqu daha yüksək səviyyəyə nə qədər tez qalxarsa, Suriya məsələsinin siyasi tənzimlənməsi bir o qədər yaxın olacaq.

Axı “Astana” və “Suriya üzrə kiçik qrup” arasında ən yaxın vaxtda “konstitusiya komitəsi” müstəvisində baş verəcək və hətta artıq başlanmış böyük münaqişə var. Bu, Suriyanın gələcəyini müəyyən etməklə bağlı bir yandan Rusiya, İran, Türkiyə arasında, o biri yandan ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, o biri yandan … arasındadır.

Türkiyənin vəziyyəti kritik önəmə malikdir, Putin də bu dəyəri anlayaraq prosesi aparır…(Tərcümə Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar