Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkillərin üzvlük haqqı artırılır

Fevralın 18-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, habelə vəkilliyə qəbula dair son vəziyyət barədə iştirakçılara məlumat verib

Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, iclasda başqa vəkil qurumuna keçmək və sair müraciətlərə baxılıb, o cümlədən mart ayı üçün Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilib.

Həmçinin iclasda “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Vəkillər Kollegiyasının 2019-cu il üzrə Tədbirlər Planı müzakirə olunaraq qəbul edilib. Qeyd olunan Tədbirlər Planı bu günlərdə Kollegiyanın rəsmi internet səhifəsində yerləşdiriləcək.

Sonra dövlətimizin başçısının 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının 2019-cu il martın 1-dən 180 manat müəyyən edilməsi ilə əlaqədar vəkillərin üzvlük haqqının artması məsələsi müzakirə olunub. Qeyd olunmalıdır ki, Vəkillər Kollegiyasının 2004-cü il 4 noyabr tarixli təsis yığıncağının qərarına əsasən, vəkillərin üzvlük haqları minimum aylıq əməkhaqqının 40 faizi həcmində müəyyənləşdirilib. Beləliklə, yuxarıda qeyd olunan Sərəncama müvafiq olaraq, bu ilin martından etibarən vəkillərin ödəməli olduqları aylıq üzvlük haqqı 72 manat olmalıdır.

Lakin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamına əsasən, regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması, yeni qəbul edilmiş və gələcəkdə qəbul edilməsi nəzərdə tutulan vəkillərimizin və hüquqşünaslarımızın həvəsləndirilməsi məqsədilə iclasda 2019-cu ilin martından etibarən regionlarda fəaliyyət göstərən vəkillər tərəfindən 50 manat, Kollegiyaya yeni qəbul olunmuş vəkillər üçün fəaliyyətlərinin ilk ilində 40 manat və Bakıda fəaliyyət göstərən vəkillər tərəfindən isə 60 manat məbləğində üzvlük haqqı ödənilməsi qərara alınıb. Qərarın icrası növbəti ilin eyni dövründə yenidən baxılmaq şərti ilə 1 il müddətinə müəyyənləşdirilib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinə müavinətlərin verilməsi ilə bağlı yaranmış məsələ bu yaxınlarda Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə həll edilərək həmin müavinətlərin verilməsi təmin edilib. Məsələyə dəstək verilməsi məqsədilə Vəkillər Kollegiyasının təşəbbüsü ilə qeyd olunan Sərəncamın qəbulunadək olan 3 aylıq dövrdə Kollegiyanın Bakıda və Abşeron rayonunda yerləşən vəkil büroları (Bakı şəhəri 2, 3, 4, 11, 12, 14, 19, 20 saylı, Kəngərli və partnyorları, Abşeron rayon və Xırdalan şəhər vəkil büroları) tərəfindən 180-dən çox şəhid ailəsinin üzvlərinə hüquqi yardım göstərilib. Rəyasət Heyətinin iclasında bu işdə əməyi olan 56 vəkilə təşəkkür elan edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar