Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə qırmızı xəttini müəyyən etdi - Analiz

Haber7.com müəllifi Taha Dağlı Türkiyənin Suriya ilə sərhədində qurulması planlaşdırılan təhlükəsiz bölgə ilə bağlı "Ya əməliyyat, ya təhlükəsiz zona" adlı bir köşə yazısı qələmə alıb

Taha Dağlı – Haber7

Suriyada İŞİD-ın işğalındakı son torpaq parçası olan Deyrizzordaki Bagoz qəsəbəsi də PKK işğalına girdi. İki terror təşkilatı eynilə daha əvvəl Rakkada olduğu kimi, burada da əməkdaşlıq edib.
Beləliklə, Suriyada İŞİD işğalında heç bir yer qalmadı.
Yəni Amerikanın İŞİD bəhanəsi aradan qalxıb.
İŞİD sabah təkrar xortlayarmı, xortlayar. Çünki daha əvvəl də belə hadisə yaşanıb.
Hazırkı şərtlərdə isə İŞİD bitdi, Tramp mütləq qələbə elanına hazırlaşır və Amerikan əsgərlərinin Suriyadan çəkilməsinin qarşısı tamamilə açıldı.

Bəs bu halda PKK-ya nə olacaq?

Türkiyə Fəratın şərqinə qarşı əməliyyat üçün bütün hazırlıqlarını edib.
Tam bu mərhələdə ABŞ-dan "təhlükəsiz bölgə quraq" təklifi gəldi.
Münhen Təhlükəsizlik Zirvəsində danışılanlara görə, Qərb, həm əməliyyata qarşı çıxır, həm də təhlükəsiz bölgənin Türkiyənin nəzarətinə buraxılmasına.
Yəni onlara görə, PKK-ya qarşı əməliyyat aparılmasın, təhlükəsiz bölgə də PKK-nı qorumağa yönəlmiş olsun.

Bir sözlə PKK çarxı fırlanmağa davam etsin.

İŞİD və ABŞ-dan sonra PKK-nın da paylaşıla bilinmədiyi ortadadır.
Əsəd rejimi PKK-lılara "bizə qatılın, Amerika artıq sizi qoruya bilməz" deyir.
Amerika PKK-lılara "əgər rejimlə razılaşsanız, sizinlə tərəfdaşlığı kəsərik" deyə xəbərdarlıq edir.
Fransa isə "PKK-lılara sahib çıxılmalı, ortada buraxılıb, mağdur edilməməlidir, onlara borcumuz var" deyir.
Qərb ölkələri Münhendəki Təhlükəsizlik Konfransında nə desə də, bu iki ehtimalın çərçivəsindən kənara çıxılması PKK dəzgahının davamı mənasındadır və Türkiyə üçün əsla qəbul ediləcək bir vəziyyət deyil.

Məhz bu münaqişə prosesində Rusiyanın davranışına da nəzər salmaqda fayda var.
Rusiya Əsəd rejiminin PKK-lılara etdiyi "bizə qatılın" çağırışını dəstəkləyir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin PKK-nı işarə edərək, "Suriyalı kürdlər rejimlə dialoqa başlamalıdır" - deyib.

Rusiya üçün PKK terror təşkilatı deyil.

Amma Rusiyanın PKK-ya baxışı ABŞ-ın qurduğu ittifaq qədər güclü də deyil.
Putinin prezident Ərdoğanla olan yaxınlığı, Türkiyə ilə qurduğu strateji tərəfdaşlığın Moskva üçün əhəmiyyətini nəzərə aldıqda, Rusların PKK məsələsində Türkiyəyə ABŞ və ya digər Qərb ölkələri kimi yanaşmalarının Ruslar adına heç bir mənfəəti olmayacaqdır.
Putin bu mənada Hafiz Əsəd dövrü müqavilələri önə sürərək Türkiyə ilə Şamı əlaqələndirib, PKK məsələsini bu yolla həll etməyi düşünə bilər.

Yaxşı, bəs indi nə olacaq?

Türkiyənin mövqeyi dəqiqdir.
PKK Türkiyə sərhədindən dəf ediləcək.
Bu, ya Türk əsgərinin əməliyyatı ilə olacaq, ya da Türkiyə nəzarətindəki bir təhlükəsiz bölgə və ya bufer zonanın yaradılması ilə həyata keçiriləcək.
Milli Müdafiə Naziri Hulusi Akarın cızdığı çərçivə bu qədər açıqdır.

Təxminən 450 kilometr enində, 32 kilometr dərinlikdə bir təhlükəsiz zona yaradılacaq, - deyir.
Və onu da əlavə edir ki, terror təşkilatının o bölgədə olmasına heç vaxt imkan verilməyəcək.
Bəlli ki, adı təhlükəsiz bölgə və ya bufer zona olsun, bu bölgədə PKK heç vaxt olmayacaq, bunun yolu da bölgənin nəzarətinin Türkiyədə olmasından keçir.
Əks halda, Türkiyənin Fəratın şərqinə qarşı əməliyyatı üçün həftələr əvvəl etdiyi və bütün dünyanın diqqətini çəkən o geniş miqyaslı hazırlıq prosesinin hələ də davam etdiyini xatırlatmaqda fayda olacaqdır. (müxalifət.az)

pia.az


Etiket: Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar