Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət obyektləri və evlərdən silsilə oğurluq edən şəxslər saxlanıldı

DİN təfərrüatları yaydı

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən dövlət müəssisələrindən, fərdi yaşayış evlərindən və ticarət obyektlərindən silsilə oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş iki şəxs saxlanılıb.

DİN-dən verilən məlumata görə, Araşdırmalarla onların Quba rayonu, Küpçalqışlaq kənd sakini Ruslan Şahmirzəyev və tanışı, Saray Bağlar massivində yaşayan Azad Bəşirov olduğu müəyyənedilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Araşdırmalar zamanı məlum olub ki, Ruslan Şahmirzəyevlə Azad Bəşirov məhkumluq həyatı yaşayan zaman cəzaçəkmə müəssisəsində tanış olublar.

Azadlığa çıxdıqdan sonra əlaqələrini kəsməyən hər iki şəxs oğruluq etmək qərarına gəliblər. Quba rayonunda yerləşən bir neçə dövlət müəssisələrini, fərdi yaşayış evlərini və ticarət obyektlərini özlərinə hədəf seçən dəstə üzvləri, ümumilikdə 11 (on bir ) müəssisə və obyektə qanunsuz daxil olaraq, oradan pul, tütün məmulatları, yeyinti məhsulları, elektrik naqilləri, təsərrüfat malları və digər məişətdə istifadə olunan avadanlıqları oğurlayıblar. Saxlanılan şəxslər həmçinin obyektlərdə quraşdırılmış video müşahidə kameralarının yaddaş qurğularını da oğurlayaraq, oğurluq hadisəsinin izini itirmək istəyiblər.

Həmin şəxslərin ətraflarında aparılan tədbirlərlə onların başqa rayonlarda da oğurluq hadisəsi törətdikləri məlum olub. Belə ki, Ruslan Şahmirzəyev və Azad Bəşirov Xaçmaz rayonu ərazisində yerləşən daha üç mağazadan oğurluq törədərək, sahiblərinə maddi ziyan vurublar. Həmçinin R.Şahmirzəyev oğurluqdan əldə etdiyi pullarla özünə Vaz 2106 markalı nəqliyyat vasitə aldığı da müəyyən edilib.

Oğruluq hadisəsi zamanı əldə edilmiş pulun, elektrik cihazların, avadanlıqların bir qismi, eləcə də hadisə zamanı istifadə edilmiş alətlər həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak etmələrinin sübuta yetirilməsi istiqamətində əməliyyat və istintaq hərəkətləri davam etdirilir.

pia.az


Etiket: DİN oğurluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar