Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüquq müdafiəçisi Ramil Usubovla görüşlərindən danışdı

Səidə Qocamanlı: “Görüşdə siyasi məhbus siyahılarını təqdim etdik”

Hazırda Azərbaycan gündəmində olan əsas mövzulardan biri də gələn ay Novruz bayramında imzalanma ehtimalları yüksək görünən əfv sərəncamıdır. Əfv Komissiyasının iclaslarının intensivləşməsi və hüquq müdafiəçilərinin bu istiqamətdə gördükləri işlər əfv ümidlərini durmadan artırır.

Bununla əlaqədar bir qrup hüquq müdafiəçisi fevralın 18-də Əfv Komissiyasının üzvü, daxili işlər naziri Ramil Usubovla görüşüblər. Görüşdə iştirak edən İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı “Yeni Müsavat”a bunları dedi:

“Bu görüş bizim təşəbbüsümüzlə oldu. Görüşdə Monitorinq Qrupunun üç üzvü - Novella Cəfəroğlu, Səadət Bənəniyarlı və mən iştirak etdim. Ramil müəllim Əfv Komissiyasının üzvü olduğu üçün görüşdə ilk olaraq siyasi məhbus siyahılarını ortaya qoyduq. Siyahı ilə bağlı fikirlərimizi dedik və Əfv Komissiyasında həmin məhbusların taleyinin müsbət həll olunmasını istədiyimizi ifadə etdik. Siyahıda bloggerlər, jurnalistlər, inanclı insanlar, keçmiş dövlət məmurları var. Siyahıdakı adları tam şəkildə açıqlamaq istəmirəm. Amma onu deyim ki, hüquq müdafiəçiləri kimi son dərəcə onların taleyinə obyektiv yanaşmışıq. Siyahını da bu nöqteyi-nəzərdən hazırlamışıq. Digər məsələlər bizə gələn şikayətlər idi. Hər bir şikayəti Ramil müəllimin nəzərinə çatdırdıq. Elə oradaca şikayətlər nəzarətə götürüldü. Artıq problemlərin aradan qaldırılması üçün işlər başlayıb. Belə görüşlərimiz davamlı olacaq. Siyahımızı Əfv Komissiyasının digər üzvləri olan Azay Quliyevə və Əliməmməd Nuriyevə də vermişik. Əfv Komissiyasının digər üzvləri ilə də görüşməyə çalışacağıq. Hər halda vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də, bu problemdən narahat olan insanlar kimi, uzun illərdir bu problemlə məşğul olan hüquq müdafiəçiləri olaraq biz üzərimizə düşən işləri görürük, problemləri aidiyyatı qurumlara, şəxslərə çatdırırıq. Azərbaycanın siyasi məhbus problemindən qurtulması öncəliklə bizim marağımızdadır. Çünki bu problem “Damokl qılıncı” kimi ölkəmiz üzərində asılıb qalıb”.

Hüquq müdafiəçisi əfvə düşmək üçün məhbusun hansı kriteriyalara cavab verməli olduğunu açıqladı: “Azadlığa çıxmağın müxtəlif yolları var. Bilirsiniz ki əfv etmək prezidentin səlahiyyətindədir. Çalışmışıq ki, o siyahını obyektiv tutaq. Az müddət cəzası qalanlar, xəstə olanlar, qadın məhbuslar, səhhətləri ağır olan inanclı insanlar azadlığa çıxmalıdırlar. Ailə vəziyyəti ağır olanlar da nəzərə alınmalıdır. Məhbusa Cinayət Məcəlləsi üzrə verilən maddə hökmən əfvdə nəzərə alınır. Ağır və ya orta maddələr nəzərə alınmaya bilməz. Məhbusun cəzasının 3/1-i qalmalıdır ki, əfv şansları yaransın”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar