Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib

“Bakıya gəlişim hakimiyyətə iki dəfə yazılı müraciətimdən sonra baş tutdu. Müraciətlərimdə mən şəxsi xarakterli məsələlər qoymurdum. Söhbət ölkənin Kinematoqrafçılar İttifaqından, onun üzvlərindən, əmlakından və bu yaradıcılıq birliyinin sənədlərindən gedirdi”

Bunu “Turan” agentliyinə müsahibəsində məşhur kinodramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov deyib.

R.İbrahimbəyov öz müraciətlərində vurğulayıb ki, vətəndaş mövqeyini dəyişmir, lakin buna görə başqaları əziyyət çəkməməlidir: “Mənim öz vətəndaş mövqeyim varsa, hakimiyyətin mövqeyindən fərqlidirsə, bunda İttifaqın 150 üzvünün günahı nədir, nəyə görə onlar işsiz oturmalı, əziyyət çəkməli, hansı səbəbdən kinematoqrafçıların əmlakı əllərindən alınmalıdır?” – İbrahimbəyov deyib.

İttifaqın qurultayı keçirilməli, onun işi qaydaya salınmalıdır. İnsanlara yaradıcılıqla məşğul olmağa imkan verilməli, mənasız cinayət və vergi işləri dayandırılmalıdır.

Qafqaz triosu” filmimə görə mənim ünvanıma bu yaramaz hücumları kəsmək lazımdır”, - dramaturq bildirib.

“Bu müraciətlərə cavab olaraq Prezident Administrasiyasında zəng gəldi və mənə dedilər ki, gəl”, - o əlavə edib.

Bakıda olduğu qısa müddət ərzində Rüstəm İbrahimbəyov həmkarları ilə görüşüb və vəziyyəti müzakirə edib. “Növbəti qurultayı keçirmək və pozulmuş mülkiyyət hüquqlarının, ələlxüsus Mingəçevirdəki Yaradıcılıq evi və İttifaqın itirilmiş sənədləri ilə bağlı məsələləri həll etmək lazımdır. Bizim bu məsələləri qanuni, məhkəmə yolu ilə həll etmək cəhdlərimiz hələlik nəticə verməyib. Ümid edirik ki, yuxarılarda bu vəziyyətə son qoymaq istəyi var”, - İbrahimbəyov qeyd edib.

Ölkə rəhbərliyinin siyasətində nəyinsə dəyişdiyini hesab etməyin mümkünlüyü barədə suala İbrahimbəyov cavab verib ki, bunu yaxın gələcək göstərəcək. “May ayında qurultayımızı keçirməyi planlaşdırırıq. O vaxta kimi nəsə həll edilməli və dəyişməlidir. O ki qaldı siyasətə, sadəcə olaraq, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılarının Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir.

Əgər bu gün həmin məsələlər, məsələn, korrupsiya ən yuxarı səviyyədə müzakirə olunursa və bununla mübarizə aparılırsa, nəyə görə bizdən dövlət düşməni düzəldirdilər?” – Rüstəm İbrahimbəyov sözlərini yekunlaşdırıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar