Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Fitch" Azərbaycanda iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırır

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün iqtisadi artımla bağlı proqnozunu açıqlayıb

“Report” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, proqnoza əsasən bu il Azərbaycanda iqtisadi artım 3,5% təşkil edəcək. “Azərbaycanda ÜDM artımı 2018-ci ildəki 1,3%-dən bu il 3,5%-dək yüksələcək”, - deyə məlumatda vurğulanıb.

“Fitch”in analitikləri Azərbaycanda ÜDM artımını şərtləndirən amilləri açıqlayıb:“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olanacaq qazın ixracı və ölkənin neft sahəsində hasilatın pay bölgüsü sazişinin (AÇG) müddətinin uzadılması ilə bağlı investisiyaların artımı Azərbaycanda ÜDM-in artımını dəstəkləyəcək. Belə ki, “Şahdəniz-2” də hasilatın artması karbohidrogen ixracının çoxalmasına səbəb olacaq ki, bu da əsas ticarət tərəfdaşlarında milli valyutaların dəyərsizləşməsi fonunda idxalın artımını kompensasiya edəcək. Turizm və kənd təsərrüfatı ölkənin qeyri-neft sektorunun inkişafına təkan verəcək. Rusiyadan Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatın artması, dayanıqlı turizm sektoru və karbamid istehsalı zavodunun istifadəyə verilməsi qeyri-neft məhsul və xidmətlərinin ixracını stimullaşdıracaq”.

pia.az


Etiket: "Fitch"

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar