Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“2 x 2 aksiomu: İlham Əliyevi qorumaq şərəf məsələsidir!”

Deputat Elşən Musayev yazır

Elə nə vaxtdır onu düşünürdüm. Ki, nə əcəb “Milli Aşura”nın fürsətcilləri Bakı Şəhər İcra Hakimiyyətinin etirazına qarşılıq növbəti mitinq təyin eləmirlər. Axı bizim tanıdığımız radikalistlər məqam düşmüşkən daha aktiv və qabaqdangəlmiş davranmalı idilər. Deyilmi? Amma yox. Gözlədilər. Ta qeybdən, balta tiyələrindən, qrant aldıqları cüvəllağılardan sifariş gələnə qədər. Və…artıq tarix bəllidir – 23 fevral. Mediaları (daha dəqiqi: söyüş maşınları) tərəfindən elan edilmiş şüarın isə lap axırında belə bir əndrabadi qeyd var: “Və sair tələblərlə…” Bəli. Mehman mövzusu, şəhid ailələrinə ödəniş məsələsi, pensiyaların, təqaüdlərin artımı heç də bəzi siyasi quşbazların iddia etdiyi kimi mitinq sayəsində deyil, məhz ölkədəki məqsədyönlü siyasətin innersiyası fonunda həllini tapdığı üçün adamlar söhbətə “fransız qalıblar”, yenə siyasi reanimasiyada çabalayırlar, yenə süni nəfəs, saman çöpü axtarışındadırlar.

Bu səbəbdən siyasi sərlövhədə “DAİR “ qrafasının yerinə “SAİR” transplantasiya edilib.

Əgər son zəlzələdən sonra Prezident tərəfindən sərgilənən insanlıq örnəyini, ağsaqqala, ağbirçəyə qarşı nəvazişi, hətta görüşlərin birində ölkə rəhbərinin dilindən səslənən “Azərbaycan” mahnısını belə Kərimli çevrəsi özlərinin və keçirdikləri o bəsit mitinqin adına çıxdılarsa, artıq söhbət bitmişdir. Demək, “baş tamam gedib” və artıq bunlar haqqında rəyi, şərhi siyasət biliciləri, ekspertlər deyil, psixiatrlar, psixoterapevtlər verməlidir. Və ya eyni minvalla sual edirəm: 2012-ci ildə Zaqatalada baş verən qorxunc zəlzələdən 20 dəqiqə ötməmiş Prezidentin helikopterlə bölgəyə uçması, mənzil-mənzil gəzməsi, 4500 (!) evin bir il əzrində tikilməsidəmi sizin mitinqlə əlaqəli idi? Bəlkə son aprel seçkilərindən dərhal sonra şəhid ailələrinə müavinətlərin verilmə qərarı da mitinq “təlaşından” olub?

Nə danışırsınız siz? Normal, 10, 20 minlik mitinqiniz olsa hansı “qaz” a gələrsiniz? Bu qədər mənasız özünəvurğunluğun, özündənmüştəbehliyin prototipi olmaqdan usanmadınızmı?

Bəli. Razıyam. Orası da düzdür ki, bizim demokratiya sizin demokratiyadan deyil. Bizdə - məmurun özu-özünü icra başçısı elan etmək demokratiyası yoxdur. Bizdə - parlamentin plenar iclasında siqaret çəkmək, Prezidentin otağında katibədən külqabı istəmək demokratiyası yoxdur. Bizdə - ölkə başçısı danışarkən nazirin söz kəsmək, öz rəhbərini aşağılamaq demokratiyası yoxdur. Bizdə - günün günorta çağı AzTv-nin efirində, canlı yayımda çıxış edən adamın nazir tərəfindən “şapattanma” demokratiyası yoxdur. Bizdə - bir riyaziyyat müəlliminin müharibə şəraitində olan məmləkətdə Müdafiə Naziri, fizika müəllimininsə Xarici İşlər Naziri təyin edilmə şansı, lüksu – demokratiyası yoxdur. Bizdə - evinə bir tikə çörək aparmaq üçün uzun-uzadı növbələrdə kəllə-mayallaq gəzmə, uçma, dığırlanma demokratiyası yoxdur. Bizdə - torpaq islahatı deyərkən Dağlıq Qarabağı düşmənə (xamlıq, naşılıq, avantürizm ucbatından) az qala bəxşiş, pay kimi vermək demokratiyası yoxdur. Bizdə - bir tək hakimiyyətə gəlmək üçün bütün dəyərləri hərraca çıxarmaq, onun- bunun cibində, qoltuğunun altında gəzmək, yadelli düşmənlərin QRANTI ilə “kişi” olmaq demokratiyası yoxdur…

İlham Əliyevin demokratiyası özündə milli maraqları ehtiva edən, hədsizə həddini bildirən demokratiyadır!

Hərdən: “TV-lər, media üzümüzə qapalıdır, bu anti-demokratik təzahürdür”- deyirlər. TV? Hansı TV? Dövlər büdcəsindən maliyyələşən AzTV səni efirinə çağırsın ki, dövləti söyəsən, yoxsa haqqında - telekanal əvəzinə başqa iyrənc ifadə işlətdiyin digərləri dəvət etsin ki, söylədiyin “komplimentə” görə səni baş tacı etsin? Bəlkə “hakimiyyət mediası” deyib də damğa vurduğun müstəqil-siyasi nəşrlər bu ironiyanın qarşılığında səni manşetlərində gəzdirməli idi?

Bu gün media demokratiyasından dəm vuran, bizləri bəyənməyən kəsim, sözüm sizlərədir: Zamanında Heydər Əliyev bir tək “SƏS” qəzetinin informasiya ümidinə qalıb, onun bütün təbliğat imkanları blok edilib, ona qarşı bütün riyakarlıqlar, alçaqlıqlar tərəfinizdən sıralanıb. Üstəlik, o zaman indiki kimi nə internet televiziyası olub, nə sosial şəbəkə, nə “yutub”, nə şəxsi video-kanal. Bakıda yaşamağa belə qoymamısız, adamı. 4 sui-qəsdin ardınca Naxcıvana getməyə məcbur qalıb. Ətrafını, otağını, yaşadığı evin həndəvərini əli avtomatlılarla doldurmusunuz. Yanına gedənlərin yolu kəsilib, müdafiə edənlər min türlü mənəvi işgəncəyə məruz qalıb. Axırda Nehrəm camaatının dirənişi və bu estafetin əvvəlcə Naxcıvana, ardınca bütün Azərbaycana siraət etməsi nəticəsində geri çəkilmisiniz…

Sizsinizmi indi demokratiyadan danışan?

Amma Ulu Öndər bütün bunların qarşılığında neylədi? - Həmin məxluqlara, siyasi ünsürlərə sona qədər toxunmadı. Əksinə özlərini daha yaxşı “göstərmək”, “tanıtmaq” üçün meydan verdi. Hətta namizədliyi qeydə alınmayan blokları belə MSK-ya verdiyi tövsiyyə ilə zaman-zaman seçkiyə buraxdırdı. Bütün qapıları, darvazaları, pəncərələri, nəfəslikləri açdı. Hamıya, bütün siyasi qüvvələrə şans tanıdı. Hətta layiq olmayanlara belə! Qalxanı yerə qoyub döyüşdü. Tərkisilah, yalın əli ilə. Üstəlik, o qədər kritik durumda. Əsl demokratiyanı yaratdı – o demokratiyanı ki, beləsinə bəşər tarixi nadir hallarda şahidlik edir. Amma…Qədri bilindimi?

Ya da olsun İlham Əliyevin hakimiyyət dövrü. 2003 öz yerində. 2005-ci il parlament seçkilərindən sonra dəqiq yadımdadır, hesabat dərc olunmuşdu. Ki, hansı siyasi qüvvə, fərd TV-lərdə ümumən nə qədər təbliğat aparıb. 24 saat, 50 dəqiqəlik efir müddəti ilə həmin siyahıya Əli Kərimli başçılıq edirdi. Yaxşı, o vaxt necə, razılıq edildimi, mövcud hakimiyyətin yaratdığı demokratiyanın qədri bilindimi? Yenə də xeyr. Birmənalı xeyr! Əksinə, onda bizi daha çox söyür, daha çox təhqir edir, daha çox yamanlayırdılar…

Odur ki, iqtidarın elədiyini də, eləmədiyini də qara eynək üzərindən görənlərin, ölkədə yayımlanan bütün TV-ləri iyrənc leksikonla, jarqonla hədəfə alanların, belələrinə bütün siyasi ömürləri boyunca təmənnasız xidmət göstərən qəzet, sayt rəhbərlərini ən xırda fürsətdə qahmarlayanların, təhqir edənlərin nəticədə son ünvanı heç şübhəsiz ya Sevinc Osmanqızının çardağı olmalı idi, ya Qənimətin dəlləkxanası, ya da “Azadlıq” qəzetinin nağıl prodakşnı!

Bumeranq heç vaxt əks radiusdan, zolaqdan fırlanmır. Atıldığı yerə düşür!

***

Başı da, gövdəsi də kiminsə cibindən çıxan siyasi “probnik”lərin arzuladığı aksiyalar, tövsiyyə elədikləri inqilablar, silaha çağırış, söyüşə sarılış demokratiyanın “d” hərfinə belə xidmət edə bilməz. İdeologiya təməli Vidadi kimi təpərsizlərin, vətən xainlərinin, güzgü, monitor qabağında kişiləşənlərin, quduzlaşanların, siyasi dezertrlərin, şizofrenniklərin sərsəmləmələrindən qaynaqlanan üslub doğuşdanca fiaskoya məhkumdur. Ölkəni, milləti, dövləti 5 qəpiyə satmağa hazır olanlar 5 kəlmə ilə xariqələr yarada bilməz.

Bu aksiomdur!

Hətta motoruna maksimum qarantiya verilən “Mersedes” də 1 milyon km yürüşdən sonra Avropa ölkələrində metalloma göndərilir. Amma ölkəmiz, dövlətimiz, müstəqilliyimiz üzərinə QISQIRDILAN, qışqırdılan naxələflər abstrakt şifrə və hesabla ‘’Mersedes’’dən daha betər formada işlədilməkdədir. “Axırıncı yol” deyilən məhfumun özündə ehtiva etdiyi nə komponent, nə icraat, nə “kəramət” varsa hamısına birəbir yiyələnib, sahibləniblər, bu yaramazlar.

Belə siyasi soxulcanların, urvatsızların isə hətta havayı istismarı belə yenə bahadır.

***

Ən böyük demokrat – xalqına sığınan demokratdır! Ən böyük demokrat – QARANT missiyasını şərəflə daşıyan, vətəndaşının, dövlətinin, milli maraqların qorunma zərurətində balacadan - böyüyə, qeyri-fövqəldən - fövqələ qədər bütün qüvvələrə qarşı, bütün səngərlərdə, bütün cəbhələrdə eyni prinsipiallıqla, eyni mətinliklə, eyni şücaətlə döyüşəndir! Ən böyük demokrat – Sorosun, Çin Şarpın, erməni diasporasının deyil, məmləkətindəki şəhid anasının əlindən tutandır. Ən böyük demokrat – xaricdə yazılan ssenariləri, notları, mahnıları hansısa kənar çubuğun drijorluğu ilə zümzümə edən deyil, ÖZ xalqının içində, ÖZ vətəndaşı ilə “Azərbaycan” adlı ÖZ mahnısını şövqlə, qürurla ifa edəndir!

Bax bu səbəbdən İlham Əliyevi qorumaq, onun yanında olmaq - artıq vətəndaş, seçici missiyasını aşmalı, bütün düşünən və millətini sevən kəslər üçün həm də ŞƏRƏF məsələsinə çevrilməlidir!

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar