Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi statistik rəqəmlər real inflasiyanı nə qədər doğru ifadə edir?

İqtisadçı-ekspert: “İnflyasiya 2019-cu ildə daha çox məhz biznesin leqallaşmasından və xarici təsirlərdən asılı olacaq”

“2018-ci ilin nəticələri tam olaraq reallığı əks etdirməsə də, deyə bilərik ki, əvvəkli illərlə müqayisədə 2018-ci ildə inflyasiya səviyyəsi aşağı olub”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov ötən ilin inflyasiyasını və 2019-cu ildə inflyasiyanın təhlükəsini PİA.az-a şərh edərkən qeyd edib.

Statistik məlumatlarda istehlak malları və xidmətlərdə 0,6%-1,2% bahalaşma göstərilir. Qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% artıb.

Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,2%, o cümlədən ərzaq məhsulları və qeyri-ərzaq malları 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb.

Doğurdanmı ötən il inflyasiya bu qədər cüzi olub və bu rəsmi statistik rəqəmlər real inflasiyanı ifadə edirmi? Həmçinin minimum əmək haqqının və pensiyaların artması inflyasiya necə təsir edə bilər. 2019-cu ildə inflyasiyanın təhlükəli səviyyəyə çatma ehtimalı var?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Rəşad Həsənov: “Minimum əmək haqqının və pensiyaların artması inflyasiya ciddi təsir edə bilməz”.

2019-cu ilin yanvarından qiymətlərdə çox kəskin artımların müşahidə olunduğunu qeyd edən iqtisadçı-ekspert proqnoz edib ki, bu artımlar da böyük ehtimalla 2019-cu ilin nəticələrində çox da uğurlu olmayan inflyasiya səviyyəsinin mövcudluğuna gətirib çıxaracaq:

“Real inflyasiya nisbətən bundan fərqlənir. Çünki bəzi məhsulların qiymətlərində biz daha ciddi artımlar müşahidə edirik. Amma istənilən halda 2018-ci ildə inflyasiya səviyyəsi əvvəlki illərlə müqayisədə daha stabil, daha aşağı səviyyədə olub. Dekabr ayı üçün göstəriciləri nisbətən məqbul hesab etmək olar. Amma məsələ ondan ibarətdir ki, 2019-cu ilin yanvarından qiymətlərdə çox kəskin artımlar müşahidə olunur.

Bu artımlar da böyük ehtimalla 2019-cu ilin nəticələrində çox da uğurlu olmayan inflyasiya səviyyəsinin mövcudluğuna gətirib çıxaracaq. Əsas problem məhz leqallaşmadan qaynaqlanır. Çünki bir sıra şirkətlər öz fəaliyyətlərini qanuniləşdikcə xərcləri artır və bu xərcləri qiymətlər üzərinə əlavə edirlər, nəticədə isə hazırda ilin ilk aylarında ciddi artımlar baş verir.

Rəşad Həsənov: “2018-ci ildə qeyd edilən sərt ikirəqəmli inflyasiyanı biz müşahidə etmədik. Hətta hökumətin proqnozlaşdırdığı 6% səviyyəsindən də aşağı rəsmi rəqəmlər açıqlandı”.

2018-ci ilin nəticələri tam olaraq reallığı əks etdirməsə də, deyə bilərik ki, əvvəkli illərlə müqayisədə 2018-ci ildə inflyasiya səviyyəsi aşağı olub. Ərzaq məhsullarında nisbətən daha aşağı inflyasiya qeydə alınıb. Bunun da səbəbi ondan ibarətdir ki, 2016-2017-ci illərdə bu istiqamətdə çox kəskin qiymət artımları müşahidə olundu və sərt şəkildə qiymətlər artdı. 2017-ci ildə ərzaq məhdullarında 18%-ə yaxın inflyasiya baş vermişdi.

Təbii ki, bu qeyd etdiyimiz rəqəmlər rəsmi rəqəmlərdir. Amma reallıqda daha yüksək artımlar baş vermişdi. Bu da əhalinin alıcılığına sərt şəkildə təsir göstərib. Əhalinin alıcılıq imkanları və artma tempi buna uyğun deyil. Buna görə də artıq 2018-ci ildə qeyd edilən sərt ikirəqəmli inflyasiyanı biz müşahidə etmədik. Hətta hökumətin proqnozlaşdırdığı 6% səviyyəsindən də aşağı rəsmi rəqəmlər açıqlandı.

Rəşad Həsənov: “Bir sıra şirkətlər öz fəaliyyətlərini qanuniləşdikcə xərcləri artır və bu xərcləri qiymətlər üzərinə əlavə edirlər, nəticədə isə hazırda ilin ilk aylarında ciddi artımlar baş verir”.

Minimum əmək haqqının və pensiyaların artması inflyasiya ciddi təsir edə bilməz. Çünki faktiki olaraq 3 il ərzində qiymətlər çox sərt şəkildə artıb və bunun qarşılığında əhalinin gəlirləri o səviyyədə artmayıb. Həmçinin də əhalinin istehlak gücü kəskin şəkildə aşağı düşüb.

Hesablamalara görə təxminən il ərzində hər iki istiqamətdən birlikdə 800 milyon manata yaxın bazara vəsait daxil olacaq. Əgər biz gündəlik qiymətləndirmə aparsaq görəcəyik ki, bu bazarda ciddi pul kütləsi təzyiqi yaratmır. Buna görə inflyasiyaya təzyiq göstərə bilməz.

İnflyasiya 2019-cu ildə daha çox məhz biznesin leqallaşmasından və xarici təsirlərdən asılı olacaq. Bəzi mal və xidmətlərin mənbəyində qiymətlər artır ki, bu da son nəticədə idxaldan asılı olan istehlak bazarı üçün qiymət artımları konyukturları formalaşdırır”.

Eyni zamanda iqtisadcı-ekspert ötən il manatın Rusiya rubluna və Türkiyə lirəsinə qarşı kəskin bahalaşmasını və bizim əsas ticarət tərəfdaşlarımız olan Rusiya rublunun və Türkiyə lirəsinin ucuzlaması Azərbaycan bazarına necə təsir etməsi ilə bağlı sualımıza da cavab verib. İqtisadcı-ekspert bildirib ki, Rusiya rublunun və Türkiyə lirəsinin məzənnəsinin düşməsi Azərbaycan üçün heç də uğurlu olmayan xarici mühit formalaşdırır:

“Region ölkələrdə, xüsusən də xarici ticarət tərəfdaşı olan Rusiya və Türkiyənin valyuta bazarında baş verənlər Azərbaycan manatı üzərində təzyiqi artırdı. Hətta müəyyən dövrlərdə risklər də formalaşdırdı. Amma buna baxmayaraq faktiki olaraq manatın məzənnəsi dəyişməyib. çünki manatın məzənnəsi tənzimlənən rejimdə formalaşdırılıb.

Manatın məzənnəsinin bu valyutalara qarşı möhkəmlənməsində məsələ sadəcə həmin valyutaların məzənnəsinin nisbətən zəifləməsi, amma buna qarşılıq manatın məzənnəsinin sabit qalması məsələsidir. Burada iqtisadi faktorlardan daha çox Azərbaycan manatının tənzimlənən olması faktırı əsas rol oynayır.

Rəşad Həsənov: “Region ölkələrdə, xüsusən də xarici ticarət tərəfdaşı olan Rusiya və Türkiyənin valyuta bazarında baş verənlər Azərbaycan manatı üzərində təzyiqi artırdı”.

Həmin valyutaların məzənnəsinin düşməsi Azərbaycan üçün heç də uğurlu olmayan xarici mühit formalaşdırdı. İdxalın həcmində ciddi artımlar baş verdi və nəticədə 2017-ci illə müqayisədə 2018-ci ildə 3 milyarddan artıq idxal olubdur. Düzdür burada müxtəlif faktorların da təsiri vardır. Bunlardan biri də dövlət vəsaitləri hesabına idxala məhdudiyyətin aradan qaldırılmasıdır ki, dövlət sektorunda idxalın həcmində təxminən 0,4 milyard manatlıq artım baş vermişdi. İdxalda ən yüksək artım müşahidə olunan sektor dövlət sektoru idi.

Amma buna baxmayaraq həmin ölkələrdə valyutaların ucuzlaşması, ölkələrdə istehsal olunan mal və xidmətlərin daha səmərəli olması və beləliklə də ölkə bazarlarında idxalın daha əlverişli olmasına gətirib çıxardı. Bu da yerli istehsalçıları müəyyən mənada sıxışdırdı. Eyni zamanda yerli istehsalçıların bu ölkələrin bazarında rəqabət imkanları qiymət baxımından məhdudlaşdı. Çünki manatın məzənnəsinin sabit olması, iqtisadiyyatın baş verən xarici dəyişikliklərə adekvat reaksiya verməməsinə gətirib çıxardı.

Rəşad Həsənov: “Əvvəlki illərdə olduğu kimi neft ucuz qiymətə satılmış olsaydı yaranmış şərait ödəmələr balansının kəsirinə qədər gətirib çıxara bilərdi”.

Nəticədə isə burada bütün tərəflər, o cümlədən həm istehsalçılar, həm ixracatçılar üzərində təsir effekləri müşahidə olunur. İstehsalçılar və ixdalçılar üçün neqativ təsir imkanları yaranır. İdxalçılar üçün daha əlverişli şərait formalaşır.

Nəticə olaraq da ölkədən çıxan valyuta ilə ölkəyə daxil olan valyuta arasında tarazlıq müəyyən qədər pozulmuş olur. Baxmayaraq ki, 2018-ci ildə tədiyyə balansında müsbət profsit qeydə alınıb. Amma bu profsitin qeydə alınmasında əsas faktor məhz neftin baha qiymətə satılması oldu. Əks halda, yəni əvvəlki illərdə olduğu kimi neft ucuz qiymətə satılmış olsaydı yaranmış şərait ödəmələr balansının kəsirinə qədər gətirib çıxara bilərdi”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar