Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Sabiroğlu: "Rusiya Azərbaycanda iğtişaş salmaq istəyir"

“Rusiyada azərbaycanlılarla çeçenlər arasında baş verən qarşıdurmanı, sonda silaha əl atılmasını hamılıqla və qətiyyətlə pisləməliyik”

“Bu toqquşmaya təsadüfi, sıradan hadisə kimi baxmaq olmaz. Xüsusi şəkildə hazırlanmış təxribata daha çox oxşayır ki, burada da rus və erməni izini görməmiz lazım. Yoxsa nə oldu ki, dost və qardaşcasına yaşayan iki müsəlman millətinin nümayəndələri birdən-birə üz-üzə dayandı?”.

Bunları Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəisi Eldar Sabiroğlu son günlər Rusiyada azərbaycanlı və çeçenlər arasında qeydə alınmış insidentlərlə bağlı şərhində bildirib.

E. Sabiroğlunun fikrincə, toqquşmanı yaratmaqda başlıca hədəf azərbaycanlılardı: “Niyə məhz azərbaycanlılar? Son zamanlar millətimizin məlum səbəblərdən Rusiyaya axını bu ölkədə narazılığın miqyasını kəskin surətdə artırıb. Problemin həlli üçün çeçen-azərbaycanlı qarşıdurmasının yaradılması ən əlverişli vasitə olaraq gündəmə gətirilib. Hadisənin alt qatında daha məkrli bir planın yerləşdiyini diqqətə almalıyıq və bu, daha ağılabatandır. Beləliklə, məqsəd məsələnin böyüdülərək, soydaşlarımızın kütləvi deportasiyasına nail olmaqla Azərbaycanda iğtişaşların törədilməsinə zəmin yaratmaqdır”.

E.Sabiroğlunun fikrincə, açıq-aşkar erməni hiyləgərliyinə Rusiya xüsusi xidmət orqanlarının verdiyi dəstək göz qabağındadır: “Çox yaxşı oldu ki, dərhal çeçen və azərbaycanlı nüfuz sahibləri bir masa arxasında əyləşərək hadisəni pislədilər və bu iki müsəlman millətinin daha sıx dost və qardaş olacağına əminliklərini ifadə etdilər”.(azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar