Cümə axşamı, 23 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Qobustanda yol qəzası: 3 yaralı

Qobustan-Sündü-Xilmilli avtomobil yolunun 2-ci kilometrində ağır yol qəzası baş verib

Qobustan rayon Cəbirli kənd sakini, 1984-cü il təvəllüdlü Abduləliyev Nemət Mahmud oğlunun idarə etdiyi minik avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı 1984-cü il təvəllüdlü Abduləliyeva İlhamə Fərhad qızı, oğlu 2012 ci il təvəllüdlü Abduləliyev Ayxan Nemət oğlu və digər sərnişin 1977-ci il təvəllüdlü Məcidova Mahruq Qılıncdan qızı ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər.

M.Məcidovanın vəziyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

pia.az

Etiket: Qobustan

Şərh yazın.

loading...