Çərşənbə axşamı, 21 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Bəşəriyyət üçün ən böyük təhlükələr - Siyahı

Bəşəriyyətin sonunu gətirəcək amillərlə bağlı bir çox versiya var

Göy cisminin yer kürəsi ilə toqquşması, yadplanetlilərin işğalı kimi ssenarilər populyar olsa da, bu gün dünyada yaşanan təhlükələri də görməzlikdən gələ bilmərik.

Qaynarinfo BBC-yə istinadən dünyanın sonunu gətirə biləcəyi düşünülən və günümüzdə də aktual olan həmin təhlükələrdən bəzilərini təqdim edir:

Vulkanlar

1815-ci ildə İndoneziyada Tambara vulkanının püskürməsi səbəbindən 79 mindən çox insan həyatını itirmişdi. Bu hadisədən sonra yer kürəsinə düşən günəş şüalarının miqdarı xeyli azalmış və həmin il tarixə "yaysız il" olaraq düşmüşdü.

Sumatra adasında yerləşən Toba Gölünün tarixi isə daha qaranlıqdır. Rəvayətə görə, 75 min il bundan əvvəl super vulkanın püskürməsi nəticəsində yer üzündəki insanların sayı xeyli azalıb.

Lakin bu gün üçün o qədər də narahatlıq yaşamağa dəyməz. Alimlərin finkrincə, 2019-cu ildə super vulkan püskürməsi və ya yer kürəsinin asteroidlə toqquşması kimi təbii fəlakətlərin baş verməsi ehtimalı olduqca aşağıdır.

İqlim dəyişikliyi

Buna baxmayaraq, insan əli ilə yaradılan təhlükələr barəsində bu qədər rahat olmamaq lazımdır. Dünya Sağlamlıq Təşkilatı və Dünya İqtisadiyyat Forumunun hesabatlarına görə, 2019-cu il üçün ən böyük təhlükə iqlim dəyişikliyi ola bilər. Hətta BMT iqlim dəyişikliyinə dair xəbərdarlıq yayımlayıb.

Temperaturun həddən çox artması, dəniz səviyyəsinin yüksəlməsi, böyük xəstəliklər və güclü dalğalar da bu təhlükələrdən bəziləridir.

Süni intellekt, kiberhücumlar, nüvə müharibələri

Digər tərəfdən süni intellektin inkişafı da bəşəriyyət üçün təhlükəli olmağa başlayır. Kiber hücumlarla böyük bir dövlətin informasiyalarının oğurlanması, avtomat alqoritmlərin səhvən birjaları çökdürməsi, nüvə müharibəsi və bir çox başqa ssenarilər də bu qəbilədəndir.

Hətta nüvə müharibələri təkcə nüvə silahları ilə məhdudlaşmaya bilər. Burada ənənəvi silahlardan da istifadə və süni intellekt amili nüvə müharibələrini daha da qızışdıra bilər ki, bu da təhlükəsizliyimizin təhlükə altına düşməsi deməkdir.

Yoluxucu xəstəliklərin yayılması

Digər bir təhlükə isə yoluxucu xəstəliklərin yayılmasıdır. Belə ki, təkcə qrip xəstəlikləri hər il təxminən 700 min insanın ölümünə, qlobal iqtisadiyyatında 500 milyon dollar itirməsinə səbəb olur. Əhalinin sayının artması və miqrasiyada intensivləşmə də xəstəliklərin asanlıqla yayılmasına gətirib çıxarır. Bu da 1918-ci ildə 50 milyon insanın ölümünə səbəb olmuş İspan qripi xəstəliyini xatırladır.

Təbii sərvətlərin azalması

Hazırda yer kürəsində 8 milyarda yaxın insan yaşayır və hər bizimizin həyatda qalmağımız üçün vacib olan su, qida, təmiz havaya ehtiyacımız artır. Buna baxmayaraq, təbiətin biomüxtəliflik səviyyəsi azalır, şəhərləşmə və hasilatın həddən artıq mənimsənilməsi sistemin zərər görməsinə səbəb olur. İqlim dəyişikliyi bu prosesi daha da sürətləndirir.

Bu səbəbdən qlobal risklər onlara səbəb olan təhlükələrin böyüklüyü ilə yox, yaşamağımız üçün lazım olan sistemə vurulan zərərin böyüklüyü ilə ölçülməlidir.

Məsələn, 2010-cu ildə İslandiyada partlayan Eyyafyadlayekyudl vulkanını xatırlayaq. Vulkanın püskürməsi nəticəsində ölən olmamışdı, lakin Avropanın hava sahəsi 6 gün bağlı qalmışdı.

Həmçinin 2017-ci ildə Wanna Cry virusu dünyanın müxtəlif təşkilatlarının sistemlərinin qismət dayanmasına səbəb olmuşdu.

Bu gün demək olar ki, hər şey elektrik, kompüter və internet sisteminə bağlıdır. Bu sistemlərin nüvə yaxud günəş partlaması səbəbindən ziyan görməsi böyük zərərə yol aça bilər.

pia.az

Etiket: Bəşəriyyət

Şərh yazın.

loading...