Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda terror qurbanlarının dəfn mərasimi keçirildi

İranın Sistan-Bəlucistan bölgəsində baş verən terror aktında həlak olan əsgər və zabitlərin dəfn mərasimi keçirilib

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, İsfahanda keçirilən mərasimdə ordu generalları, parlament üzvləri və hökumət nümayəndələri iştirak ediblər. Dəfn mərasiminə 100 mindən çox insan qatılıb.

Mərasimdə ABŞSəudiyyə Ərəbistanının əleyhinə şüarlar səsləndirilib və intiqam andı içilib.

Mərasimdə çıxış edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Məhəmməd Əli Cəfəri bir sıra dövlətləri terroru dəstəkləməkdə ittiham edib. Bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu ağır intiqam alacaq: "İntiqam əməliyyatları üçün Prezidentdən icazə istəyirik. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən intiqam alacağıq".

Məhəmməd Əli Cəfəri hər iki ölkənin xüsusi xidmət orqanlarının İran-Pakistan sərhəddində təxribat fəaliyyəti ilə məşğul olduğunu bildirib. Pakistanı da ittiham edən komandan İranda fəaliyyət göstərən radikal təşkilatların bu ölkə tərəfindən dəstəkləndiyini qeyd edib.

İranın dini lideri Ayətullah Əli Xameneinin müşaviri Yahya Rahim Səfəvi də terror aktına görə Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini ittiham edib. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyyələşən terrorçuların Pakistanın xüsusi xidmət orqanınında (ISI) təlim keçdiyini bildirən Səfəvi "Pakistan hökuməti və xüsusi xidmət orqanları bu terror aktına görə cavab verməlidi. Biz Pakistanla yaxşı münasibətlər qurmaq istəyirik. Amma bölgədəki təlükəsizlik problemləri Varşava konfransına toplaşan amerikalılar və sionistlərin maraqlarına xidmət edir" deyib.

Xatırladaq ki, fevralın 13-də İranın cənub-şərqindəki Sistan-Bəlucistan vilayətindəki Zahidan şəhərində baş verən terror aktı zamanı 41 nəfər həlak olub. Həlak olanların 27 nəfəri İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgər və zabiti idi. Terror aktına görə "Ceyşu'l Adl" terror təşkilatı məsuliyyəti üzərinə götürüb.

pia.az


Etiket: İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar