Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Merkel: "Rusiya ilə Avropanın iqtisadi əlaqələrinin kəsilməsinə qarşıyıq"

"Almaniya kansleri Angela Merkel bəyan edib ki, Berlin Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə, Rusiyaya qarşı sanksiyaları dəstəkləyir"

O, bunu fevralın 16-da Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxışında deyib. Merkel Ukraynanın şərqində münaqişənin həlli istiqmətində səyləri artırmağa çağırıb.

Merkel eyni zamanda Avropa Birliyi ilə Rusiya arasında iqtisadi və siyasi əlaqələrin pozulmasına qarşı olduğunu vurğulayıb. Merkel xüsusilə, “RusiyaAvropanın qaz bazarına buraxmamaq” çağırışlarının siyasi cəhətdən düzgün olmadığını bildirib.

Kansler qeyd edib ki, Rusiyanın xarici əlaqələrini tam Çinə yönəltməsi Avropa Birliyi üçün sərfəli olmazdı. Merkel bildirib ki, Avropa hətta soyuq müharibə dövründə belə keçmiş Sovet İttifaqından qaz alıb. O, həmçinin qeyd edib ki, Rusiya qazının tranzit yolla Ukrayna ərazisindən ötürülməsi davam etdirilməlidir. Amma işarə edib ki, bu da Rusiya qazıdır.

Qeyd edək ki, Moskva ilə Berlin arasında əldə edilmiş razılaşmaya əsasən hazırda Baltik dənizinin dibi ilə Almaniyaya yeni qaz kəməri çəkilir.

Söhbət “Şimal axını-2” qaz layihəsindən gedir. Bu kəmər Rusiya qazını birbaşa Qərbi Avropaya nəql edəcək.

Polşa və Ukrayna da daxil olmaqla Şərqi Avropa ölkələri bu layihəyə qarşı çıxır. Çünki kəmər bu ölkələrdən yan keçir.

ABŞ da qəti şəkildə bu layihəyə qarşıdır. Vaşinqton hesab edir ki, bu layihə Rusiyanın Almaniya üzərində bir nəzarət formasıdır və Avropanın enerji təhlükəsizliyinə əngəldir.

Münhen konfransında 30-a yaxın dövlət və hökumət başçısı iştirak edir. (“Azadlıq” radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar