Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Kadırov: "Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz"

"Heç bir təxribat və münasibətlərin aydınlaşdırılması Çeçenistanla Azərbaycan arasındakı qardaş münasibətləri poza bilməz"

“Çeçnyatoday.com” saytının məlumatına görə, belə bir bəyanatla Rusiya Federasiyasının Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Çeçenistan rəhbəri Ramzan Kadırovun adından çıxış edib.

O qeyd edib ki, Moskvada Qafqaz millətlərinin nümayəndələri arasında nifaq salmaq salmaq istəyən müəyyən kriminal qüvvələr var.

Umarov hazırda sosial şəbəkələrdə yayılan müəyyən təxribat xarakterli məlumatlara uymamağa, habelə Çeçenistanla Azərbaycanın nüfuzlu siyasətçilərinin sözlərinə diqqətlə yanaşmağa çağırıb.

Xatırladaq ki, fevralın 14-də Moskvada kafelərin birində çeçenlərlə azərbaycanlılar arasında insident olub. Polis davada iştirak edən 18 nəfəri saxlayıb. (oxu.az)

pia.az

Etiket: Çeçenistan

Şərh yazın.

loading...