Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Batut gimnastikası yarışlarının kişilər və qadınlar arasında finalçıları müəyyən olub

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası yarışlarının kişi və qadın gimnastları arasında fərdi proqramda finalçıları müəyyən olub

Təsnifat yarışlarının yekunlarına görə kişilər arasında finala Belarus gimnastı Vladislav Qonçarov (1-ci yer - 114.470 bal), Çin təmsilçisi Donq Donq (2-ci yer - 113.070 bal), rusiyalı gimnast Andrey Yudin (3-cü yer - 112.560 bal), Yeni Zelandiya təmsilçisi Dilan Şmidt (4-cü yer - 112.130 bal), çinli Tu Syao (5-ci yer - 111.890), yaponiyalı Daiki Kişı (6-cı yer - 111.625 bal), Yaponiya təmsilçisi Tütsuya Sotomura (7-ci yer - 111.335 bal), belarusiyalı Aleks Rabtsau (8-ci yer - 111.020 bal) yüksəliblər.

Təsnifat yarışlarının yekunlarına görə qadınlar arasında finala çinli idmançı Qianqi Lin (1-ci yer - 107.130 bal), çinli Linqlinq Lyu (2-ci yer - 105.400 bal), kanadalı Rozanna Meklennan (3-cü yer - 105.165 bal), belarusiyalı Mariya Maxarinskaya (4-cü yer - 105.550 bal), rusiyalı Susanna Koçesok (5-ci yer - 104.330 bal), yaponiyalı Tisato Doixita (6-cı yer - 104.055 bal), rusiyalı İrina Kundius (7-ci yer - 103.795 bal), yaponiyalı Mequ Uyama (8-ci yer - 103.480 bal).

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.

Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri keçirilir, ikinci gün isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

pia.az


Etiket: Gimnastika

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar