Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il “Formula 1” yarışlarında marşal olmaq istəyənlərin sayı artıb

Azərbaycanda "Formula 1" yarışmasının uğurlu keçməsi həm yerli, həm də xarici marşalların marağını xeyli artırıb

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun (BMK) rəhbəri Çingiz Mehdiyev deyib.

O bildirib ki, hər il marşal kimi fəaliyyət göstərmək istəyənlərin sayı durmadan artır: "Ötən il 1603 nəfərin marşal olmaq istəyi qeydə alınmışdırsa, bu il say 2445 nəfər təşkil edib. Bu, bizim üçün cox sevindirici və qürurvercidir".

Qeyd edək ki, bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində fəaliyyət göstərən marşalların görüşü keçirilib. Görüşdə ötən ilin yekunları, fevral ayının əvvəllərində 1300 nəfərə yaxın marşal üçün start verilmiş təlimlərin plana uyğun olaraq yerinə yetirilməsi, 2019-cu il "Formula 1" mövsümü üçün reqlamentdə baş vermiş dəyişikliklərin nəzərdən keçirilməsi, ümumilikdə "Formula 1" Azərbaycan Qran Prisinin gələcəkdə daha da mükəmməl keçirilməsi məsələləri müzakirə edilib. Tədbirdə 100 nəfər rəhbər marşal iştirak edib.

Məlumat üçün bildirək ki, əgər 2016-ci ildə təlimlər xarici marşallar tərəfindən keçirilirdisə, 2017-ci ildən etibarən bu təlimlərə yerli marşallar rəhbərlik edir.

"Formula 1" açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. "Formula 1" üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.

İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub.

Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək "Formula 1" yarışlarına aprelin 26-dan start veriləcək.(Trend)

pia.az


Etiket: Formula 1

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar