Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Silahlı toqquşmadan sonra çeçenlərlə azərbaycanlılar görüşdülər 

Fevralın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla çeçenlər arasında yaranmış qalmaqaldan sonra məsələyə münasibət bildirilib

Moskvada toplaşan hər iki tərəfin nümayəndələri azərbaycanlılarla çeçenlər arasında heç bir ədavətin olmadığını bəyan ediblər. Çeçenlərin nümayəndəsi törədilən hadisələri təxribat adlandırıb və hər iki tərəfi bu təxribata uymamağa çağırıb.

Moskvada minlərlə çeçen və azərbaycanlı dostluq edir. Onlar birlikdə işləyirlər, bir-birilərinə etibar edirlər. Azərbaycanlılarla çeçenlər yaxın qardaş kimi birləşiblər. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, onlar narahat olmasınlar. Ola bilər ki, aramızda hansısa anlaşılmazlıq və problem olub. Həmin problemi hansısa kompüter arxasında oturan dələduz götürüb paylaşıb və həmin hadisəni şişirdib. Bununla da, həmin şəxslər təxribat yaratmaq istəyirlər.

İstəyirəm bildirim ki, biz dostuq, çeçen və azərbaycanlılar qardaşdırlar. Heç kəs bizim azərbaycanlı qardaşlarımızı təhqir edə bilməz və buna haqları yoxdur. Heç kim də, heç vaxt bu əmələ haqq qazandırmır. Həmçinin həmin insidentdə iştirak edən azərbaycanlılara səslənmək istəyirəm. Hansısa çeçeni videoya çəkib, yaymaq provakasiya yaratmaqdır.

Biz hər gün görüşürük, çörək yeyirik. Buna hörmət etməliyik. Arada yaranmış şəxsi münasibətlərə görə azərbaycanlılarla çeçenlər arasında qalmaqal yaratmaq olmaz. Şəxsi problemləri aranızda həll edin.

Bütün çeçenlər azərbaycanlıları təhqir edən həmin şəxsi və həmin çeçenin videosunu yayan şəxsi də qınayır”, – deyə həmin şəxs bildirib.(BAKU.WS)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar