Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikol Paşinyan erməni xalqına “atmağa” başlayıb - Təhlil

“İqtisadi inqilabın məsuliyyəti bizim deyil, xalqın üzərindədir”

Harnik Gevorqyan

ru.1-in.am (Ermənistan), 15.02.2019

Ermənistan hökuməti özəlliklə vətəndaşlardan nə istəyir? Görünür, bu sualın cavabı hökumətin proqramında əks olunmalıydı. Xeyr. Bu sualların cavabını proqramda tapmaq çətindir. Hökumət başçısı və silahdaşlarının çıxış və müsahibələrindən fərqli olaraq. Nikol Paşinyan artıq üç gün Milli Məclisdə hökumət proqramının müzakirəsinə qatılır və çıxış və cavablarında hökumət proqramındakından daha çox yanaşma ifadə edir.

Nikol Paşinyan təkcə hökumət proqramının özülünə qoyulmayan, həm də hökumətin keçindiyi və rəhbər tutduğu düşüncəni, məntiqi göstərir. Müxrəlif sahələr və problemlər barədə xeyli əcayib iddialardan savayı, ya da onlara paralel olaraq hökumət proqramının fəlsəfəsinin söykəndiyi dünyagörüş tezisi daha önəmlidir. Nikol Paşinyan son üç gün boyunca bu tezisdən danışır, bu isə sıradakı düşüncəyə gətirir: hökumət iqtisadi inkişafın lideri və icraçısı deyil, iştirakçısıdır, iqtisadi inkişaf səviyyəsi vətəndaşların iqtisadi davranışından asılıdır.

Bu tezis hökumət proqramının, görünür, Nikol Paşinyanın şəxsən formulə etdiyi fəlsəfəsidir. “Mənim addımım”dan deputatlar son iki gündə məhz bu tezisin müxtəlif şərhlərilə məğul olurlar. Onlar Paşinyanın dediklərini sübut etməkdən ötrü o qədər uzağa varıblar ki, bəzən hətta siyasət və politologiyanın qayda və normalarını pozaraq axmaqlığa gedib çıxırlar.

“Mənim addımım” blokunun deputatı, MM ərazi idarəçiliyi, yerli özünüidarə, kənd təsərrüfatı və ətraf mühit üzrə daimi komissiyasının sədri Varazdat Karapeytan iqtisadi inkişafdan danışarkən deyib: “Hökumət öz rolunu öz üzərinə götürməyə hazırdır, bir şərtlə – xalq öz rolunu oynasın”.

Sıravi deputat deyil, önəmli komissiyanın başçısı və yeni hökumətin intellektual xadimlərindən biri olan Karapetyan izah edir: “Siyasi inqilabı hökumət həyata keçirməyib və iqtisadi inqilabın fəaliyyətdə olan baş siması hökumət deyil, vətəndaşlar, müəssisələr, zəhmətkeşlərdir. Hökumətin baş vəzifəsi isə insanlara əlverişli mühiti təmin etməkdir ki, adamlar bu inqilabı gerçəkləşdirə bilsinlər”.

O, belə hesab olunmaqla, bilərəkdən, ya deyil, açıq mətnlə deyir ki, hökumət öz öhdəliklərindən və məsuliyyətdən imtina edir. “Hökumət öz rolunu öz üzərinə götürməyə hazırdır, bir şərtlə – xalq öz rolunu oynasın”. Bəs adamlar öz rollarını dərk etmirsə? Bu halda nə olacaq? Hökumət öz rolundan da imtina edir?

Bu ifadə bildirir ki, hökumət 2018-ci il 9 dekabr parlament seçkilərinin nəticələrini tanımır. Çünki seçilmiş hökumət yeni şərtlər təklif edərək vətəndaşla iş görə bilməz. Vətəndaş seçkilər zamanı hakim siyasi gücün müəyyən etdiyi şərtlərlə razılaşaraq bu gücün təqdim etdiyi proqrama səs verib.Və “Vətəndaş müqaviləsi” səsvermə yoluyla, yeri gəlmişkən, formal olaraq hökumət proqramının əsasına qoyulmuş növbəti beş ildə konstitusiya öhdəliklərinin və seçkiqabağı proqramın icrası üzrə vəzifəni öz üzərinə götürüb. Hökumət indi isə öz deputatının ağzıya 9 dekabr seçkilərində öz üzərinə götürdüyü vəzifələri və konstitusiya öhdəliklərini yerinə yetirməkdən imtina edərək bunları hansısa şərtlərlə şərtləndirir.

Bu, uğursuzluğa və ya hökumət proqramı həyata keçirilmədiyinə görə bu başdan məsuliyyətdən imtina etməkdən savayı bir şey deyil. Axı beş ildən sonra bildirmək çətin olacaq ki, vətəndaş onun təqdim etdiyi şərtləri qəbul etməyib, öz davranışını dəyişməyib, iqtisadi inqilabın iştitrakçısı olmayıb, buna görə də hökumət öz proqramını yerinə yetirməyib. Bu ideyanı həyata keçirmək cəhdi artıq üç gün dalbadal aparılır. Milli Məclisin tribunasından. Baş nazirin və MM-in dəhlizlərində baş nazirin silahdaşlarının simasında. Başqa sözlə, Nikol Paşinyanın başçılıq etdiyi hakim siyasi güc seçkilərdən, vur-tut, iki ay sonra dekabrın 9-da vətəndaşla bağlanmış müqavilədən imtina edərək, obrazlı deyilsə, Ermənistan vətəndaşlarına “atır”, çünki seçkilər belə sazişin ratifikasıyası aktıdır. Yeri gəlmişkən, bu vətəndaşlar fevralın 12-ədək məğrur vətəndaş idilər, Nikol Paşinyanın məşhur bəyanatından sonra isə həm də yoxsul vətəndaşdırlar. Məşhur atalar sözündə deyildiyi kimi, yoxsul, amma məğrur vətəndaşlar.

Tərcümə: strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar